Ölümdən sonra insanlar necə diriləcək?
Bizi izləyin

Bilgi.az

Ölümdən sonra insanlar necə diriləcək?

Üzeyir peyğəmbər (ə) bir gün bağına daxil olur. Onun bağı çox gözəl idi. Hər tərəfi gül-çiçək idi və bir-birinin yanında dayanmış meyvə ağacları var idi. Bir müddət bağına tamaşa etdi və bir qədər əncir, çorək və üzüm səbətini götürdü, ulağına minib, evlərə tərəf hərəkət etdi. Yol boyunca Allahın bu möcüzəsini düşünməyə başladı, o qədər düşüncəsinə qapıldı ki, şəhərdən nə vaxt çıxdığını hiss etmədi. Özünə gələndə bir xarabalığa çatmışdı. Hər tərəfə baxdı və bir abadlığı və yaşıllığı olan yer axtardı. Ancaq xarabalıqdan başqa bir şey görmədi. Bu xarabalıq burada nə vaxtsa, həyatın olduğundan danışırdı. Buranın da insanları min bir arzu və diləklə evlərini abadlaşdırmış və rifah içində yaşamışdılar. Ancaq indi hər yer ölümün əlinə tapşırılmışdı. Şəhərlər xarabalığa, insanlar isə sümük yığınına çevrilirlər. Həzrət Üzeyir (ə) bu fikirlərlə düşüncəyə getdi, ulağının ipini bir mıxa bərkitdi və səbətdə olan üzüm və ənciri yanına qoydu, xarabalığın divarına söykəndi. İnsan sümüklərinin necə birləşib, yenidən diriləcəyi haqqında düşünməyə başladı. O, fikirləşirdi ki, bu sümüklər ki, küləyin, qar və boranın oyuncağına çevrilmişdir, necə diriləcəkdir? O, belə fikirlərşirdi ki, ölülərin dirilməsinə imanı vardır, Allah qüdrətinə inanır, ancaq ölülərin necə dirilməsinin keyfiyyətini hiss etmək istəyir.

Publika.az deyerle.org-a istinadən bildirir ki, az bir müddət keçməmiş dizləri süstləşdi, bədəni boşaldı, göz qapaqları bağlandı, ruhunu tapşırdı. Özü də bu xarabalığın ölülərinə qoşuldu. Onun ölümü yüz il davam edir. Övladları evləndilər, uşaqları oldu, özləri dünyadan köçdülər. Qəbiləsi və qohumları öldülər və şəhərləri xarabalığa çevrildi. Yenidən evlər tikildi və yenidən xarabalığa çevrildi. Üzeyirin cəsədi də yerdə idi və sümükləri bir-birindən ayrılmışdı.
Nəhayət bir gün Allah iradə etdi ki, onu diriltsin. Üzeyir dirilir və həyata qaldığı yerdən başlayır. O, belə fikirləşdi ki, yatıb qalıb, ancaq Allahdan ona belə bir xitab edildi: "Burada nə qədər müddətdir ki, qalmısan?". Cavab verdi: "Bir gün və ya ondan da az". Allah buyurur: "Xeyr, belə deyildir. Sən yüz ildir ki, ölmüşdün və yumşaq yağışlar, tufan və fəsllər sənə nəvaziş etdilər. Yüz il keçəndən sonra Mənim qüdrətimlə dirilmisən. Ancaq yeməyin dəyişməmişdir. İndi yeməyinə bax gör xarab olmamışdır. Miniyin isə ölmüş və sümükləri bir-birindən ayrılmışdır. Ondan torpaqdan başqa bir şey qalmamışdır. Mən sənin dirilməyini insanlara qüdrətimi nümayiş etdirmək üçün nişanə qərar verdim və indi diqqətlə miniyinə bax, necə onun dağılmış sümüklərini toplayıb, onu ətlə örtürəm. Sonra ona həyat verirəm ki, bunu görərək ölülərin necə dirilməsi keyfiyyətinə, məad və qiyamətə imanın artsın, yəqinliyə çatasan".
Üzeyir miniyinin dirilməsi mənzərəsini görəndə özünün yeni həyatını hiss etdi. Fikir verdi və gördü ki, yeməyində bir dəyişiklik olmamışdır. Bütün vücudu ilə dedi: "Bilirəm ki, Allah hər bir işə qadirdir".
Sonra yükünü ulağının üzərinə qoyur və özü də minir. Şəhərinə tərəf hərəkət edir. Ancaq şəhərini yüz il bundan qabaqkı kimi görmür və hər yer dəyişmişdi. Şəhərin yüz il bundan qabaqkı halı şirin yuxu kimi idi. Nəhayət evinin qapısına çatır. Qapısının ağzında bir qoca qarı gördü. Qocalıq onun belini əymişdi və sümüklərini süstləşdirmişdi. Bu, Üzeyirin kənizi idi və Üzeyir gedəndə o, cavan qız idi. Üzeyir soruşur: "Bu, mənəm - Üzeyirəm, yüz il bundan qabaq ölmüşdüm və indi də Allah məni diriltmişdir". Kənizi çox həyəcanlanır və sonra inkar edir. Deyir: "Üzeyir saleh bir insan idi. Allahdan nə istəyirdisə, həyata keçirdi. Allahdan şəfa diləyəndə şəfa verərdi. Əgər sən Üzeyirsənsə, Allahdan istə ki, kor gözlərimə şəfa versin". Üzeyir onun hacətini Allahdan istədi. Gözlərinə nur gəldi. Sevinərək Üzeyirin ayağına düşür, özünü Bəni-İsrayildən olan nəvələrinə çatdırır. Nəvələrinin 85-ə yaxın yaşı var idi və aralarında cavanı yox idi. Kəniz onların arasında fəryad çəkir: "Yüz il bundan qabaq itkin düşmüş Üzeyir qayıtmışdır. Allah onu cavanlıq halında geri qaytarmışdır". Üzeyir özü onların yanına gəlir. O, cavan, xoş sifətli və güclü bədənə malik idi. İnsanlar onu imatahana çəkdilər. Biri dedi: "Əgər sən bizim atamızsansa, onun çiynində xalı var idi və onunla tanınırdı. Çiynini açdılar və gördülər ki, həmin xal olduğu yerdə durur. Daha çox yəqinə çatmaq üçün daha böyük olanları deyir ki, mən eşitmişdim ki, Bəxtil-Nəsr Beytul-müqəddəsə hücum edir və Tövratı yandırır. Ondan hətta bir nüsxə belə qalmır. O zamanlar Tövratı bir neçə nəfər əzbər bilirdilər. Onlardan biri də Üzeyir idi və əgər Üzeyirsənsə, Tövratı bizim üçün oxu. Üzeyir Tövratı oxudu və ayələrdən biri də yadından çıxmamışdı. Bir hərfi belə səhv demirdi. Bu zaman nəvələri onu qəbul edirlər. Yeni ömrünü təbrik edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm