Bilgi.az
Turistlərin yeyildiyi 10 yer - FOTOLAR
İnsan çoxdan dünyada ən qiymətli varlıq hesab olunur. Lakin dünyada elə yerlər var ki, orada heyvanların bu barədə məlumatı olmasa da, insan ətini böyük məmnuniyyətlə yeyirlər. Turistin yanlış bir hərəkəti bu heyvanları qəzəbləndirməyə bəs edir. Ona görə ekzotik heyvanlara tamaşa etməzdən əvvəl yadınızda saxlayın ki, onların sizə marağı heç də ziyansız deyil və sizə ancaq dadlı qida kimi baxırlar.
Manu Milli Parkı - Peru
Manu Milli Parkı And Dağlarının şərq ətəklərində yerləşir. Bura yaquar üçün ideal yaşayış mühitidir. Sıx tropik meşələr vəhşi yırtıcıların rahat yaşaması üçün əlverişli yerdir. Yaquarın əsas ovu kapibar olsa da, o, asanlıqla ev heyvanlarına da hücum edə bilər. Yaquar ağacların və ya hündür otların arasında pusquda dayanıb öz ovunu axtarır. Qurbanın üzərinə o, bir qayda olaraq, arxadan və yandan atılır, boğazından yapışaraq, boyun fəqərələrini sındırır və bəzən kəlləsini dişləyir. Amma qurban pusqu dayanan vəhşi yırtıcını görüb qaçarsa, yaquar heç vaxt onun dalınca qaçmır.
Meksika, Aşağı Kaliforniya
Aşağı Kaliforniyanın sahilləri dünya okeanının ən təhlükəli varlıqlarının - böyük ağ köpək balıqlarının yaşadığı sevimli yerdir. Qəribədir ki, bu yerin təhlükəli olması dayverləri qorxutmur. Bu da köpək balıqlarının heç vaxt ac qalmadığını deməyə əsas verir. Hücumdan xilas olmaq nadir hallarda mümkün olur. Yəni, sularda şikəst edilmiş canavarlar az da olsa var. Amma bu yerlərdə adrenalindən məhrum olmaq istəməyən səyyahlar üçün köpək balıqlarını sualtı dəmir qəfəsə salan firmalar tapmaq çətin olmayacaq.
Kao-Sok Milli Parkı Tailand
İlan sancmasını operativ müalicə etməyin və ya ilandan qaçmağın yollarını öyrənmək istəyirsiniz? Onda siz birbaşa Tailandın milli parkına yollanın. Burada siz hətta ilanlar haqqında başqa maraqlı məlumatlar da öyrənə biləcəksiniz. Parkın ərazisində dünyanın ən böyük kobra ilanı yaşayır, onun uzunluğu altı metrə qədər çatır. Zəhər ehtiyatı isə böyük bir fili öldürməyə çatır. Həmçinin bir çox digər zəhərli sürünənlərdən də burada yaşayır. Amma turistlər üçün burada demək olar ki, ciddi heç bir təhlükə yoxdur. Əlbəttə ki, siz cəngəllikləri təcrübəli bələdçi olmadan gəzməyə qırar verməmisinizsə...
Cənubi Luanqva Milli Parkı - Zambiya
Afrikanın ən yırtıcı heyvanı nüfuzuna şir malik olsa da, burada insanları daha çox begemotlar öldürürlər. İl ərzində bir neçə turist və 100-150 yerli sakin onların qurbanları olur. Avropalılar begemot obrazını cizgi filmlərində astagəl və xeyirxah varlıqlar kimi təsvir etsə də, belə deyil. Əslində, bu heyvanlar, xüsusilə də gənc yaşda olanları çox aqressivdir və insandan ikiqat sürətli qaçırlar. Begemotlar qayıqları asanlıqla döndərirlər, onlar gecə saatlarında sahilə çıxanda xüsusilə təhlükəlidir.
Baykal gölü - Rusiya
Baykal vəhşi canavar sürülərinə rast gələ biləcəyimiz tək-tük yerlərdəndir. Canavarların kəndlilərə amansız hücumu uzaq keçmişdə qalıb, lakin onlar hələ də çox təhlükəli heyvan olaraq qalıb və onunla təkbətək görüş yaxşı heç nə vəd etmir. Baykal meşələrində canavardan başqa, qonur ayı və vaşağa rast gəlmək çətin deyil. Əgər canavarın gözlərinin içinə baxmaq istəyirsinizsə, İrkutskda sizin üçün bu görüşü təşkil edən bir çox turizm şirkəti tapmaq mümkündür.
"Kakadu" Milli Parkı – Avstraliya
Avstraliyada ən azğın yırtıcılar timsah olaraq qalır. Hər il orta hesabla o, bir nəfəri öldürür, bir neçə nəfər də onun üzündən şikəst qalır. Timsahın qurbanına əsasən balıqçılar çevrilir, amma onunla istənilən şimal sahillərində rastlaşmaq olar. "Kakadu" milli parkına getmək üçün ən yaxşı vaxt iyul-avqust aylarıdır. Bu aylarda timsahlar günəşdə qızınırlar. Yeri gəlmişkən, yerli restoranda timsah ətindən steyk sifariş vermək
Serenqeti - Tanzaniya
Dünyanın bir çox ölkələrində vəhşi heyvanların hücumlarının sayı durmadan azalır. Digərlərindən fərqli olaraq, Tanzaniyada vəhşi heyvanların hücumları deyil, əhalisinin sayı azalır. Son 20 il ərzində 600-dən artıq yerli fermerlərin və maldarlar həlak olub. Lakin şirlər ilə yaxından tanışlıq üçün Serenqetidən yaxşı yer tapmaq çətindir. Xoşbəxtlikdən , turistlərin təhlükəsizliyi təmin olunur, onlar yerli bələdçilər olmadan o əraziyə buraxılmır.
Çerçill - Kanada
Hər payızda Manitoba şəhərciyinin əyaləti ən iri ağ ayıları görmək istəyən turistlərlə dolub-daşır. 600 kq-lıq ağ ayı üçün bir neçə turistin öhdəsində gəlmək boş şeydir. Ona görə də şəhər güclü müdafiə olunur. Səyyahlar bu vəhşi ilə görüşə nəhəng avtobuslarda gedir. Maşınlar turistləri ayılardan kifayət qədər yaxşı müdafiə edir. Ancaq axmaqlıqdan onların qurbanına çevrilmək olar.
Rantxambxor Milli Parkı - Hindistan
Heç kim dəqiq statistika aparmır, ancaq Hindistan, Nepal və Banqladeşdə hər il yüzlərlə adam pələnglərin hücumlara məruz qaldığı məlumdur. Ötən əsrin əvvəllərində yaşamış çampvat pələngi isə 430 nəfər qətlə yetirərək rekord vurub. Hazırda isə brakonyerlər sayəsində bu gözəl heyvan Hindistanda nadir olub, amma Rantxambxorda ona hələ də rast gəlmək mümkündür. Seyrək yarpaqlı meşələrdə pələngin gizlənməsi çətindir, ona görə də qış aylarında heyvanın parlaq rəngi onu qurumuş kolların fonundan dərhal fərqləndirir.
Komodo Milli Parkı - İndoneziya
Komodo insan üçün daha az təhlükəlidir. Amma zəhərli reptaylları ilə məhurdur. Uzun dili olan reptaylın çəkisi kifayət qədər ağırdır və o, insandan sürətlə qaçır. Ülgüc kimi iti dişləri ilə insanı şikəst etməyə qadiridir. Onun dişlərindəki zəhər ölümcül dərəcədə təhlükəlidir. Zəhərdən başqa, yaraya patogen bakteriyaları düşür və statistika göstərir ki, həkim müdaxiləsi olmadan onun sağ qalma ehtimalı yoxdur. Gecələr Komodoya gəlmək məsləhət deyil.
Aytən
-
Region05:55
Qadın qızardılmış toyuq yedikdən sonra öldü - MÜƏMMA
-
Dünya04:44
Rusiya Yerə düşə biləcək asteroidlə bağlı XƏBƏRDARLIQ ETDİ
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi