Bilgi.az
Vəhşilik dolu San Fermin Festivalı - FOTO
İspaniya deyiləndə ağla gələn ilk şey öküzlərdir. Buğa güləşi, küçələrdə qaçan buğalar və s. İspaniyada buğalar dəyərlidir.
İspanlar ən azından belə vurğulayır, amma verdikləri dəyər, öz kefləri üçün bir qrup heyvanı qorxuya, çaxnaşmaya və ölümə məhkum etməkdən ibarətdir. Buğaların istifadə edildiyi bir çox fəaliyyət var, bu tədbirlərin demək olar ki, hamısı qanlı fəaliyyətlərdir. Bu fəaliyyətlərdən ən az qanlı bitəni San Fermin Festivalıdır. Ən azından öküzlər üçün…
San fermin festivalinin tarixi çox keçmişlərə doğru gedir. hətta 1500-ci illərdə başladiği düşünülür.
Festivalda günlərlə musiqi, əyləncə dayanmır. Bu vəziyyət ağıllara buğaların çox gözəl vaxt keçirdiyi kimi bir illüziya gətirə bilər, lakin işin iç üzü təəssüf ki, belə deyil.
San Fermin Festivalı hər il 6 iyulda başlayır və 14 İyula qədər davam edir. İspaniyanın şimal bölgəsindəki Navarre əyalətinə bağlı Pamplona şəhərində keçirilən festivalda bir qrup öküz, müəyyənləşdirilmiş yolda irəliləmələri və sonunda arenaya çatmalarıyla nəticələnən təxminən 3 dəqiqəlik bir marafon keçir.
Bu əsnada qarşısından və yanından qaçan insanlarla birlikdə
arenaya doğru irəliləyirlər.
Qorxu və yaradılan panikayla birlikdə ətrafa və ətrafda olan insanlara hücum etməsi təmin edilir.
iştirakçilar tərəfindən buğalara vurulur, quyruqlari çəkilir. bu vəziyyət öküzün ətrafdakilari hədəf almasina və bölgədəki insanlarin ölümü ilə nəticələnən yaralanmalarina səbəb ola bilir.
İşin özəyi eynilə öküz güləşlərindəki kimi əsəbləşdirilən öküzlərin ətrafa hücum etməsindən ibarətdir. Arenaya çatanda isə daha kiçik yaşı olan və buynuzlarına yumşaq maddələr keçirilən beş öküzün insanlara hücum etməsi təmin edilir.
Yaxın günlərdə öküz güləşlərindən birində bir matador öküz
zərbəsiylə həyatını itirmişdi. Matadoru öldürən öküzün anası da
həmin öküzdən sonra öldürülmüşdü. Səbəbi isə intiqam almaq idi.
"Bir matador öküz tərəfindən öldürülsə, o öküzün bütün ailəsi
öldürülər". Bu bir ənənədir. İnsanların öküzü zorla əsəbləşdirməsi
bir kənara, birdə intiqam almaq üçün alışıb yanırlar. Verdikləri
dəyər və sevgi bundan ibarətdir.
İnsan davamlı olaraq səhv edən və bunu qəbul etməyən ziddiyyətli bir varlıqdır. Bizlər ölən matadorların deyil, ölən öküzlərin yanındayıq və onlarla empati qururuq. Öküzlər bu cür yarışlardan azad olana qədər də mübarizəmiz davam edəcəkdir.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi