Yolunuzu mütləq bu parkdan salın! - GÖZOXŞAYAN FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yolunuzu mütləq bu parkdan salın! - GÖZOXŞAYAN FOTOLAR

Dünyanın ən böyük gül parkı hər il daha çox turisti özünə cəlb edir. Həqiqətən də bura möcüzələr diyarıdır. Söhbət Dubayda Səhranın ortasında yaradılmış gül parkından "Möcüzələr bağçası"ndan gedir.

Publika.az bildirir ki, Birləşmiş Ərəb Əmirliklərinin ən gözəl şəhəri Dubay nəinki, lüks otel və çimərlikləri ilə məşhurdur, bura eləcə də təbiəti ilə əsrarəngizdir. Məhz bu kontrast Dubayı əsl cənnətə çevirir.

Ucsuz-bucaqsız qum səhrası artıq dünyanın VIII möcüzəsi adlandırılan gül bağçasına çevrilib. Burada olan turistlər bir ağızdan ömründə heç olmasa bir dəfə "Möcüzələr bağçası"nda olmağı məsləhət görürlər.

Bu məkan insanların təbiətə meydan oxumasının bir nümunəsidir. Çünki insanlar ölü səhranın ortasında bu cür möcüzə yaradıblar.

Əgər Leonardo Da Vinçiyə Mona Lizanın təbəssümü üçün 12 il zəhmət çəkmişdisə, bu parkın ərsəyə gəlməsi üçün istifadə edilmiş suyun təkrar istifadəsinə əsaslanan bir sistemin qurulmasına bir neçə il vaxt sərf olunub.

Səhranın çətin iqlim şəraiti bitkiləri, gülləri məhv etməsin deyə parkın perimetri boyunca ağaclar da əkilib.

Bu Dubay möcüzəsi hətta "Ginnesin Rekordlar Kitabı"na da düşüb. Buradakı gül divarının hündürlüyü 3 metr uzunluğu isə 800 metrə çatır.

"Möcüzələr bağçası"nın açılışı 3 il öncə "Sevgililər Günü"ndə olub. Bəlkə də elə bu səbəbdəndir ki, hazırda cütlüklər görüşlərini daha çox bu parkda təşkil edirlər.

Parkın yaradılmasında Asiya, Avropa və ABŞ mütəxəssisləri birgə əmək sərf ediblər.

Buradakı güllərin növ və rəngindən danışsaq, demək olar ki, "Möcüzələr bağçası"nda 60 adda müxtəlif gül və onların müxtəlif rəng çalarları mövcuddur.

Qarşımızdakı nümunə bir daha sübut edir ki, insan təbiətin ziyanına yox, əksinə xeyrinə olacaq işlər görmək gücündədir.

Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm