Bilgi.az
9 il elə bildilər ki, hamilədir - FOTOLAR
Şişmiş qarnını və ayaqlarınıi görən hər kəs Beril Romaynın hamilə olduğunu düşünürdü. Avtobus və metrolarda hamilə olduğu üçün yer verib doğuma nə qədər qaldığını soruşurdular. Lakin Berilin qarınında böyüyən şey körpə deyil, fibroid idi.
Publika.az "Daily Mail"-ə istinadən xəbər verir ki, evlənib uşaq sahibi olma xəyalını və özünə inamını itirən Beril fibroidləriylə döyüşən milyonlarla qadından yalnız biridir. Hər 3 qadından birində rast gəlinən fibroidlər ümumiyyətlə, 30-50 yaş arasındakı qadınlarda daha çox olur.
32 yaşındaykən qarnı böyüməyə başlayan Beril, həkimə getdiyində fibroidləri olduğunu öyrənəndə huşunu itirərək yıxılıb. Xilas olmaq üçün fibroidlərini kəsdirmək vacib idi. Beril bir daha uşaq sahibi ola bilməyəcəkdi. Üstəlik, o dövrdə nişanlı idi. Vəziyyəti nişanlısına izah etdikdən sonra evlənməkdən imtina etdilər.
Hal-hazırda 50 yaşı olan Beril deyir: "9 il boyunca hamiləydim. Hələ həyatda olduğum üçün xoşbəxtdəm, ancaq o böyük qarnımdan xilas olub rahatlanmaq istəyirdim. Uşağımın olub-olmaması, artıq vecimə də deyildi".
Berilin evlilik xəyallarından sonra karyera hədəfləri də suya düşüb. Jurnalist olmaq istəyən qadın, böyük bir qarınla dünyanı gəzib insanlarla reportaj edə bilməyəcəyini düşünərək, bunun əvəzinə bütün günü ofisdə oturub kimsəyə görünməyəcəyi bir karyera seçdi.
Rəhim
-
Magazin200:30
"Dəcəl qız"dan dərin sinə dekoltesi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Əhvalınız sürətlə dəyişə bilər
-
Sosial00:00
Bəzi ərazilərdə İŞIQ OLMAYACAQ
-
Magazin13 Dekabr 23:36
“W-Trio” üzvləri illər sonra bir arada - FOTO
-
Hadisə3 Dekabr 22:48
“Sədərək” ticarət mərkəzini su basdı - VİDEO
-
İdman3 Dekabr 22:36
Ayağı bir neçə yerdən sınan futbolçu ilə bağlı daha bir ÜZÜCÜ XƏBƏR
-
Sosial3 Dekabr 21:48
Bu rayonda vəzifəli şəxs işdən ÇIXARILDI
-
Magazin13 Dekabr 21:24
"Kamerton" Gülnarə illər sonra efirdə - VİDEO