“Marsda 1 illik həyat” sona çatdı - VİDEO
Bizi izləyin

Bilgi.az

“Marsda 1 illik həyat” sona çatdı - VİDEO

ABŞ-ın Havay şəhərində "Marsda həyat" simulyasiyasına qatılan altı elm adamı 365 günlük missiyalarını başa vururblar.

Publika.az xəbər verir ki, Havay Universitetinin ideyası, NASA-nın maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində alimlər Mauna Lao yanardağının zirvəsində qurulan və enerji ehtiyacını günəş panellərindən alan min kvadratmetrlik qübbə içində müxtəlif tədqiqatlar aparıblar.

Alman fizik Kristian Haynik qübbə haqqında fikirlərini bölüşüb: "Görünüşə görə, quru vəziyyətdə də su əldə edilə bilir. Bu, Marsda da işə yarayar. Yəni Marsda yaradılacaq istixana ilə orada da su əldə edilə bilər".

2500 metr yüksəklikdə Qırmızı planet bənzəri bir mühitdə təcrid edilmiş halda yaşayan elm insanları, Marsa ediləcək ilk insan səfəri üçün də işlər görüblər.

Elm insanlarının qübbənin xaricinə ancaq astronavt paltarı ilə çıxmasına icazə verilib.

Dünya ilə ünsiyyət də Marsa görə nizamlanıb və 20 dəqiqə gecikmə ilə reallaşdırılıb.

"Marsda Həyat" təcrübəsi Rusiyanın daha əvvəl etmiş olduğu 520 günlük simulyasiyanın ardından reallaşdırılan ikinci ən uzun müddətli layihə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm