Bilgi.az
Alkoqolla bağlı bilmədiyiniz ilginc məqam
Niderland alimləri sübut ediblər ki, spirtli içkiləri
birlikdə içmək insanları birləşdirir. Mütəxəssislər bu qənaətə,
alkoqollu içkilərin içilməsinin insanlar arasındakı münasibətlərə
necə təsir göstərdiyini müəyyən etmək üçün apardıqları araşdırma
nəticəsində gəliblər.
Onlar müxtəlif firmaların əməkdaşları arasında anket sorğusu
keçiriblər. Araşdırma müəlliflərinin fikrincə, müsbət nəticələr
yalnız spirtli içkilər əndazəni aşmayacaq həddə içiləndə ortaya
çıxır. Tədqiqatlar zamanı hətta bir çox uğurlu şirkətlərin spirtli
içkilərin birləşdirdiyi insanlar tərəfindən qurulduğu məlum olub.
Amma alkoqolun qəbulunun yolverilməz olduğunun bildirildiyi və
sağlam həyat tərzinin təbliğ edildiyi şirkətlərdə situasiya
tamamilə fərqlidir. Araşdırmanın belə kollektivlərdən olan
iştirakçıları, boş vaxtlarını birlikdə yeyib-içərək, şən
əhval-ruhiyyədə keçirən digər şirkətləri təmsil edənlərdən fərqli
olaraq, öz kolleqalarına aşağı qiymət veriblər. Bu araşdırma
göstərib ki, axşamları bir yerə toplaşan, azca şərab və ya pivə
içən dostcanlı, isti və möhkəm münasibət qurmuş insanlar həm də
birlikdə uğurlu şirkətləri formalaşdıra, idarə edə biliblər.
Bununla belə, müəlliflər hesab edirlər ki, spirtli içkilərdən
həddindən artıq istifadəsi əks effekt verə, kollektivlərdə
xoşagəlməz gərginliyin yaranmasına səbəb ola bilər.
(Sputnik.az)
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək