Prezident övladları nə ilə məşğul olur? Modelyer, müğənni... - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Prezident övladları nə ilə məşğul olur? Modelyer, müğənni... - FOTOLAR

Onlardan bəziləri valideynlərinin yolu ilə gedir və siyasətlə məşğul olur, digərləri özünü ictimai fəaliyyətə, mədəniyyət və idmana həsr edir, yarısı isə ümumiyyətlə gizli qalmağa üstünlük verir.

Publika.az bu icmalda oxucuları prezidentlərin istedadlı övladları ilə tanış edib.

Leyla Əliyeva

Azərbaycan prezidentinin böyük qızı Leyla Əliyeva bir çox istedada malikdir. O, həm kino çəkir, həm də şeirlər yazır. Onun ulu öndər Heydər Əliyevə həsr olunmuş "Elegiya" şeiri ədəbiyyat üzrə V sinif şagirdləri üçün məktəb dərsliklərinə daxil edilib. Bir də Leyla Əliyeva rəsmlər çəkir və heykəllər yaradır.

"Если б звезды ступеньками стали, И луна осветила мой взгляд, Поднялась я по ним бы на небо, И вернула тебя бы назад. Если б ветер сумел передать,Что в душе своей крепко сжимаю, Я бы крикнула на весь мир, И услышал бы ты, как скучаю".

Bermet Akayeva

Qırğızıstanın ilk prezidentinin böyük qızı Bermet Akayev bir neçə kitab müəllifidir. O, "Mən və mənim ölkəm" adlı tarixi-etnoqrafik kitabı uşaqlar üçün yazıb. 2004-ci ildə prezident qızının qırğız və rus dillərində beş cilddə çıxıb: "Əcdadların ənənələri", "Qırğızıstanın müqəddəs yerləri", "Manasçi", "Batırı", "Qırğızıstan bizim Vətənimizdir". Bermet inqilabından sonra daha bir kitab yazıb. "Pisliyin gülləri" kitabında 2006-cı ildə Qırğızıstanda baş vermiş qiyam prosesini o, ən qorxunc boyalar və Ağ Evin bütün qəzəbinin əks olunduğu fotolarla "bəzəyib". Halbuki həmin gün meydanda o, yox idi. Həmçinin Əsgər Akayevə ayrıca fəsil həsr olunub. Bermet özü də etiraf edib ki, ona atasına bəraət qazandırmaq lazım idi, heç olmasa ləkəni mürəkkəblə yumaq...

Aliyə Şaqiyeva

Qırğız prezidentin kiçik qızının adı artıq bir neçə gündür sosial şəbəkələrdən, qəzet və jurnal səhifələrindən düşmür. Populyarlığından istifadə edən qız ard-arda fərdi rəsm sərgisini keçirib və əldə olunan bütün vəsaiti xeyriyyəçiliyə xərcləyib. Aliyənin bu addımını dəstəkləyənlərin çox olmasına baxmayaraq, onu nüfuzlu atasının adından sui-istifadə etməkdə günahlandıranlar da tapılıb. Bəzi istifadəçilər bildirib ki, əgər Aliyə prezidentin qızı olmasaydı, onun yaradıcılığına çox az adam maraq göstərərdi. Onu tənqid edən abunəçilərin əlindən qəzəblənən Aliyə sosial şəbəkədə soyadını dəyişmək istədiyini elan edib. Bununla da onu daha atasının nüfuzunun istifadəsində qınaya bilməyəcəklər. Onu da bildirək ki, Aliyə bu yaxınlarda şəxsi geyim markasını yaradıb.

Kadırbek Atambayev

Image result for Кадырбек Атамбаев

Atambayevin daha bir övladı – 22 yaşlı oğlu Kadırbek "Millətlərin oyanışı. İqtisadi ehtiras nəzəriyyəsi" kitabı ilə debüt edib. Resenziyada deyilir ki, "Müəllif son onilliklərdə Lev Qumilyovun alimlər arasında geniş yayılmış müxtəlif ölkələrin iqtisadi modeli nəzəriyyəsi araşdırıb. Ümumdünya iqtisadi inkişaf meyilləri necədir? Bu və ya digər dövlətlərin durğunluq və ya geriləmə, uzunmüddətli iqtisadi artımın səbəbi nədir? Bu barədə müəllif özünün kifayət qədər cəsarətli və qeyri-adi fikirlərini irəli sürüb. Kitab iqtisadi, siyasi iqtisadiyyatı, iqtisadi tarixi məsələlərlə maraqlanan oxucu kütləsinə hesablanıb".

Gülnarə Kərimova

Image result for Гульнара Каримова

Gülnarə Kərimova hərtərəfli inkişaf etmiş şəxsiyyətin parlaq nümunəsidir. Özbəkistan prezidentinin böyük qızı zərgərlik məmulatlarının dizaynı ilə peşəkarcasına məşğul olur. O, həm də şeir yazır, musiqi və müğənni kimi fəaliyyət göstərir. Onun səhnə adı "Googoosha"dır.

Dariqa Nazarbayeva

Image result for Дарига Назарбаева

Qazaxıstan prezidentinin böyük qızı Dariqa Nazarbayeva siyasi və ictimai fəaliyyətlə məşğul olur, həm də oxuyur. Bu, hansısa popsa janrı deyil. Dariqa Nazarbayovanın əsl opera metso-soprano səsi var. Dariqanın iddialarına görə, onun səsini Almatı Operasının peşəkar pedaqoqu Nadiya Şaripova qiymətləndirib. Musiqi təhsili ilə tanınmış tenor Alibek Dnişeva məşğul olub. Dariqa hətta La-Skalada çıxış etmək istəyib və nədənsə alınmayıb.

Katerina Tixonova

Image result for Катерина Тихонова

Image result for Катерина Тихонова

Rusiya prezidenti Vladimir Putinin qızları barədə yalnız o məlumdur ki, onlar var, adları Mariya və Yekaterinadır. Həmçinin dəqiq məlumdur ki, Yekaterina idman rok-n-rolla məşğul olur. Bu yaxınlarda isə jurnalistlər müəyyən ediblər ki, Putinin qızı Katerina Tixonova adı ilə yaşayır. Əgər belədirsə, onda Rusiya prezidentinin qızının əla rəqs etdiyini demək olar. İsveçrədə keçirilən dünya çempionatında o, öz tərəfdaşı ilə 5-ci yeri tutub.

Pyer Sarkozi

Image result for DJ Pierre Sarkozy (aka DJ Mosey)

Fransanın eks-prezidenti Nikola Sarkozinin oğlu - Pyer Sarkozi şou-biznes adamıdır. İndi onun 30 yaşı var və o, Fransada hip-hop prodüser kimi tanınır və DJ Mosay təxəllüsü ilə çıxış edir.

Qeyd edək ki, Pyer atası prezident olmazdan xeyli əvvəl musiqi ilə məşğul olmağa başlayıb. Bu yaxınlarda gənc musiqiçi Avstriya vətəndaşı, əslən isə əslən dağıstanlı model - Əminət Mirzaxanova ilə görüşməyə başlayıb.

Cenna Buş

ABŞ-ın eks-prezidenti Corc Buşun əkiz qızlarından biri Cenna Buş kitab yazır. 2007-ci ildə Cenna Latın Amerikası uşaqlarının həyatından bəhs edən "Ümidləri səyahət" kitabını buraxıb. 2008-ci ildə onun "Bu barədə oxuyun" adlı daha bir kitabı çıxıb. Kitabın süjeti sadədir. Əsərdə kitab oxumağı sevməyən balaca oğlandan bəhs edir. Lakin getdikcə o, müəlliminin rəhbərliyi altında mütaliəyə başlayır, uşağın qarşısında da yeni heyrətamiz aləm açılır.

Maliya Obama

ABŞ prezidentinin böyük qızı Maliya Obamanın 18 yaşı var. Amma gənc olması ona artıq stil ikonası adını qazanmağa mane olmayıb. Bundan başqa, o, "CBS" telekanalında yayımlanan və baş rolda Holli Berrinin oynadığı "Kənarda" serialının çəkilişlərində rejissor assistenti kimi çalışıb. Çəkiliş meydançasında ciddi işləri Maliyaya etibar etməsələr də, qız özünü kinoda gördüyünü iddia edir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm