Hamı təslim oldu, amma o, ABŞ-a qarşı 30 il təkbaşına döyüşdü – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Hamı təslim oldu, amma o, ABŞ-a qarşı 30 il təkbaşına döyüşdü – FOTOLAR

Yapon imperatoru Xiroxitonun İtaliya və faşist Almaniyası ilə ittifaqa daxil olması, habelə 1941-ci ilin dekabrında ABŞ-a müharibə elan edərək İkinci Dünya Müharibəsinə qoşulması onun çoxmilyonlu ölkəsinə baha başa gəldi. 1941-ci ilin dekabrından 1945-ci ilin 2 sentyabrına qədər İkinci Dünya Müharibəsində iştirak etmiş Yaponiya bəşəriyyətin ən qanlı savaşında yüz minlərlə hərbçisini və mülki vətəndaşını itirdi.

Lakin hələ bu da son deyildi. Minlərlə yapon müharibədən sonra da adalarda, cəngəlliklərdə gizlənərək həyatlarının bir neçə on ilini əbəs yerə puç etdilər.

Publika.az belə yapon zabitlərindən olmuş leytenant Hiroo Onodanın həyatı və "döyüş" yolu ilə bağlı maraqlı faktları təqdim edir.

Hiroo Onoda müharibənin başa çatmasından 9 ay əvvəl, 1944-cü ilin 17 dekabrında mayor Tanikuçidən aldığı əmrlə Lubanq adasına xəbər toplamağa və partizan döyüşünə göndərilmişdi. O, adaya çatanda Yuici Akatsu, Shoichi Shimada və Kinshici Kozulka ilə birlikdə qrup yaradaraq partizan döyüşlərinə başladı.

Hiroo Onoda və yoldaşları adada olduğu dövrdə artıq müharibə başa çatmış, 1945-ci ilin 2 sentyabrında Yaponiya qeyd-şərtsiz təslimçilik sülhünə qol çəkmişdi. Lakin kommunikasiya problemləri səbəbindən Onoda da daxil olmaqla əsgər yoldaşları müharibənin başa çatmasından xəbərsiz idilər.

Yaponiyanın qərargah rəisinin əmri ilə adaya təyyarələrdən müharibənin başa çatmasını bildirən bildiriş vərəqələri atıldı. Lakin Hiroo Onoda bütün bunları ABŞ-ın hərbi fəndləri hesab edərək ciddiyə almır və mübarizəni davam etdirirdi.

Müharibənin başa çatmasından 4 il sonra - 1949-cu ilin sentyabrında Onodanın döyüşçü yoldaşı Yuici Akatsu qrupdan ayrıldı və Filippin əsgərlərinə təslim oldu.

1954-cü ildə Hiroo Onodanın döyüşçü yoldaşı Shoichi Shimada, 1972-ci ildə isə Kinshici Kozulkanı öldürüldü. Adada təkbaşına qalan Hiroo Onoda 1974-cü ildə tədqiqatçı, səyyah Norio Suzuki tərəfibndəın adada tapıldı. Suzuki ona bildirdi ki, müharibə başa çatıb. Lakin sadiq döyüşçü mayor Yoşimi Taniguçidən əmr almadan təslim olmayacağını dedi. Yaponyaya geri qayıdan Suzuki artıq kitabçılıq işi ilə məşğul olan ehtiyatda olan mayor Taniguçiyə əsgəri Hiroonun hələ də adada qaldığını xəbər verir. Adaya gələn sabiq mayoru görən Onoda "Leytenant Onoda xidmətinizdədir cənab", – deyərək silahını və mərmilərini təslim edir.

Beləcə, İkinci Dünya Müharibəsi leytenant Onoda üçün 1974-cü ilin dekabrında başa çatır. Otuz il boyu boş yerə döyüşmüş Hiroo Onoda indi də sağdır. O, hətta tərcümeyi-halını və keçdiyi 30 illik döyüş yolunu da özü qələmə alıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm