
Dünyanın ən yaşlı adamı 179 yaşındadır.
Hindistanın Varanasi şəhərində yaşayan Mahaşta
Murasi 2 əsrə yaxın yaşı ilə hər kəsi heyrətə gətirib. Üstəlik
yaşının 179 olduğunu sübut edəcək hər cür sənədə sahibdir. 6 İyun
1835-ci il təvəllüdlü hindli 1957-ci ildə qədər çəkməçi kimi
işləyib. 122 yaşında təqaüdə çıxan Murasi bu qədər çox yaşamasını
maraqlı bir tərzdə ifadə edib. İki əsrlik qoca əzrailin onu
unutduğunu güman edir:
"O qədər uzun yaşadım ki, nəvəmin nəvəsinin
ölümünü gördüm. 150 yaşını keçən 1 kəs görmədim. Deyəsən mən
ölümsüzəm".
Sağlamlıq problemləri ilə əlaqədar keçmişdə elə də
ciddi bir problemi olmayan Murasinin son həkimi 1971-ci ildə vəfat
edib. Hindli qoca insanlıq tarixinin ən yaşlı adamı olaraq
“Ginnesin Rekordlar Kitabı”na düşüb. /anspress