Bu qadın nazirdir - – FOTO/VİDEO
Bizi izləyin

Bilgi.az

Bu qadın nazirdir - – FOTO/VİDEO

Natalya Nikonorova təkcə yaşıdlarının, dostlarının, tanışlarının, kişilərin deyil, qadınların da diqqətini cəlb edir.

Bu qızın şəkli Rusiya və Ukraynaya aid sosial şəbəkələrdə, elektron kütləvi informasiya vasitələrində tez-tez müzakirə edilir. 31 yaşlı cazibədar, şən Natalya Nikonorova təkcə yaşıdlarının, dostlarının, tanışlarının, kişilərin deyil, qadınların da diqqətini cəlb edir. Açıq-saçıq fotoları, səyahət şəkilləri ilə gündəmə gələn Natalya əslində tanınmamış, separatçı Donetsk Xalq Respublikasının (DXR) xarici işlər naziri, diplomatdır.

Publika.az separatçı rejimin xarici siyasət idarəsinin rəhbəri ilə bağlı maraqlı faktları təqdim edir.

Qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zakarçenko sarışın Natalya Nikonorovanı bu ilin 22 fevralında separatçı rejimin xarici işlər naziri vəzifəsinə təyin edib. Onun bu barədə fərmanı "Donetsk Xalq Respublikası"nın rəsmi saytında dərc olunduqdan az sonra bir sıra kütləvi informasiya vasitələri Nikonorovanın üzərinə böyük məsuliyyət, ağır yük düşdüyünü vurğuladılar. Media yazırdı ki, sarışın gözəl Şimali Osetiya və Luqansk Xalq Respublikası ilə diplomatik münasibətləri genişləndirməlidir. Axı qondarma Donetsk Xalq Respublikasını dünyanın heç bir dövləti tanımır.

Natalya Nikonorova bu təyinatla Aleksandr Kofmanı əvəzlədi. O, buna qədər "Donetsk Xalq Respublikası"nın "Xalq Soveti"ndə hüquqşünas işləyirdi. O, "Xalq Soveti"nin rəhbəri Denis Puşilinə yaxınlığı ilə seçilirdi.

Bununla yanaşı, Natalya Nikonorova 2006 və 2012-ci illərdə Ali Radanın iki deputatının (Moskalyanın və Piskulun - A.T.) köməkçisi işləyib.

Karyerasında ən yüksək pilləyə ucalan Natalya Nikonorovanın sosial şəbəkələrdə paylaşdığı fotolar onun sərbəstliyi, azad həyatı, o cümlədən səyahəti çox sevdiyini göstərir. Müasirliyi, yeni dəbə uyğun geyimləri ilə seçilən 31 yaşlı qadın nazir vəzifəsinə təyinatdan öncə tez-tez xarici ölkələrə səyahət edir, kurortlarda, o cümlədən dəniz kənarlarında dincəlirdi. Onun çimərlik paltarında çəkdirdiyi fotolar xüsusən sosial şəbəkələrdəki dostlarının marağı və diqqəti ilə qarşılanırdı.

Natalya Nikonorova nazir təyin edildikdən sonra onun "V Kontakte", habelə digər sosial şəbəkələrdəki fotoları dostları, media nümayəndələri tərəfindən yenidən müzakirə obyektinə çevrildi.

Onun xüsusən Xorvatiya və Misirdə çəkdirdiyi fotolar hazırda da diqqət mərkəzindədir. Baxmayaraq ki, Natalya Nikonorova son vaxtlar sosial şəbəkələrdə görünmür.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm