6 NOYABR
Bizi izləyin

Bilgi.az

6 NOYABR

1926-cı il. Azərbaycanda radio verilişləri yayımına başlanılıb. Həmin tarix ölkəmizdə Azərbaycan radio və televiziya işçilərinin peşə bayramı kimi qeyd edilir. 1956-cı il fevralın 14-ü isə tarixə Azərbaycan Televiziyasının yarandığı gün kimi daxil olub. Hazırda ölkəmizdə 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir. Azərbaycanın efir məkanı Milli Televiziya və Radio Şurası tərəfindən tənzimlənir.

1967-ci il. Bakı metrosu işə salınıb. İlk mərhələdə beş stansiya sərnişinlərin istifadəsinə verilib. Bu gün Bakı Metropoliteninin mövcud xətlərinin uzunluğu 36,63 kilometr olmaqla, 3 xətt üzərində yerləşən 25 stansiyadan, 1 elektrik deposundan və idarə aparatının da yerləşdiyi texnoloji korpusdan ibarətdir. Gələcəkdə Bakı Metropoliteni xətlərinin sayının 5-ə, şəbəkənin uzunluğunun 119 kilometrə, stansiyaların sayının isə 76-ya çatdırılması nəzərdə tutulur.

2005-ci il. Azərbaycan Milli Məclisinə növbəti seçkilər keçirilib. Yeni Azərbaycan Partiyası seçkilərdə növbəti dəfə qalib gələrək, 64 deputat mandatı əldə edib. Bununla da hakim partiya statusunu qoruyub saxlayıb.

2009-cu il. Xalq Yazıçısı Qılman İlkin vəfat edib (1914-2009). "Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə" və digər povestlərin müəllifidir. "Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenarisini yazıb. "Azərbaycan" jurnalının baş redaktoru, "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru vəzifələrində işləyib.

1494-cü il. Osmanlı imperatoru I Sultan Süleyman Qanuni anadan olub (1494-1566). 1520-ci ildə taxta çıxan Qanuni 46 illik hakimiyyəti dövründə bir çox ölkələri fəth edərək imperiyanın sərhədlərini Afrikayadək genişləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm