Bilgi.az
Barelyefi ABŞ-ın Nümayəndələr Palatasından asılmış TÜRK - - FOTO
Bu gün doğum günü olan Osmanlı hökmdarı Sultan I Süleymanla bağlı bir sıra maraqlı faktlar mövcuddur.
Publika.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının interyerini hökmdarın bu barelyefi bəzəyir.
Qeyd edək ki, onun daşıdığı titullar bunlar olub: "Sultanlar sultanı", "Xanlar xanı", "Peyğəmbər ordusunun sərkərdəsi", "Müqəddəs Məkkə və Mədinə şəhərlərinin hamisi", "İstanbul, Ədirnə, Bursa şəhərlərinin, Dəməşqin və Qahirənin, (bəzi mənbələrdə guya bütün Azərbaycanın) Hələbin, Qüds və bütün Ərəbistanın, İraqi-Əcəm və İraqi-Ərəbin, Anadolunun, Bağdadın, Yunanıstanın, Tatarıstanın, Gürcüstanın, Kabardanın, Krım və macar torpaqlarının padşahı".
Barelyefin altında Sultan Süleyman ilə bağlı olan qaydalar, habelə "Qanuni" təxəllüsünü qəbul edərək tarixə düşdü və ölümsüzləşdi" – sözləri qeyd edilib. Qeyd edilir ki, Sultan Süleyman Qanuni Osmanlı İmperiyasının ən məşhur sultanlarından biridir: "O, türk tarixində "Qanuni", Avropa tarixində isə daha çox "Möhtəşəm" adıyla anılır. Sultan Süleyman 15 milyon kvadrat kilometr sahədən artıq, 21 əyaləti özündə birləşdirən dövləti idarə edib və bu imperiya dünyaya hökmranlıq edib.
Qeyd edək ki, Qanuninin portretini məşhur heykəltəraşlardan olan Yozef Kiselevski hazırlayıb.
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI