Təyyarə magistral yolda belə eniş etdi - Anbaan video
Bizi izləyin

Dünya

Təyyarə magistral yolda belə eniş etdi - Anbaan video

İki nəfərin olduğu təyyarə Latviyanın Adazi şəhərində magistral yolda məcburi eniş edib.

Publika.az xəbər verir ki, bu barədə Latviya Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, pilot təhsili müəssisəsində qeydiyyatda olan "Tecnam" P2008 model tək mühərrikli təyyarə texniki səbəblərdən təcili eniş edib. Latviya polisi buna təyyarənin qanad hissəsindəki texniki nasazlıqların səbəb olduğunu açıqlayıb.

Hadisə zamanı ölən və yaralanan olmayıb. Təyyarə nəqliyyatın axınına uyğun eniş edib, lakin sol qanadı ilə yol nişanına dəydikdən sonra qarşı zolağa keçib. Enişdən sonra heç bir qəza baş verməyib.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm