Bakıda dəhşət: Bir məktəbin müəllimləri... - Ölən və yaralanan var - FOTOLAR
Bizi izləyin

Hadisə

Bakıda dəhşət: Bir məktəbin müəllimləri... - Ölən və yaralanan var - FOTOLAR

Xəbər verildiyi kimi, mayın 6-na keçən gecə saat 22:42-də paytaxtın Nizami rayonunda yerləşən “Neptun” şadlıq evinin qarşısında avtomobil iki qadını vurub.

Publika.az-ın əldə etdiyi məlumata görə, qəzada həyatını itirən 1961-ci il təvəllüdlü Gülarə Əfəndiyeva və ağır yaralanan 1959-cu il təvəllüdlü Kəmalə Bağırovanı Bakıda fəaliyyət göstərən “Modern Təhsil Kompleksi”nin müəllimləridir. Onlar dərhal Sabunçu xəstəxanasına aparılıb. Lakin Gülarə Əfəndiyeva az sonra vəfat edib.

K.Bağırovanın müalicəsi isə davam etdirilir.

Hadisəni törədən Cavad Mürşüd oğlu və idarə etdiyi “Kia” markalı avtomobil saxlanılb. Faktla bağlı cinayət işi açılıb.

Qəzada ağır xəsarətlər alan Kəmalə Bağırovanın fotolarını təqdim edirik:

Turqut Seyidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm