Bilgi.az
İranda boşanmalar bayram edilməyə başladı
İranda boşanmanı bayram kimi qeyd etməyə başlayıblar.
Axar.az BBC-yə istinadən xəbər verir ki, statistikaya görə, bu ölkədə əksər evliliklər tez bir zamanda boşanma ilə nəticələnir.
Boşanma şənlikləri öz ekstravaqantlığı ilə seçilir: qara qızılgül buketləri, böyük tortlar, xüsusi dəvətnamələr.
“Əvvəlcə siz məhz qara qızılgül sifariş etmək üçün gül dükanına gedirsiz. Daha sonra bizə gəlib dəvətnamələri sifariş edirsiz”, - deyə mağaza sahiblərindən biri bildirib.
Dəvətnamədə “Mən sənin üçün heç darıxmıram. And içirəm: mən bir daha sevməyəcəyəm. Əgər sevsəm də, o sən olmayacaqsan”, - yazılır.
Bu açıqcaların satıldığı mağaza sahibinin dediyinə görə, bu cür sifarişlər son iki ildə artıb. Hökumət və ruhanilər boşanmanın bayram edilməsindən narahatlıqlarını bildirib.
Xatırladaq ki, rəsmi statistikaya görə, keçən il İranda boşanmaların sayı 4.6 faiz artıb, evlənmək üçün qeydiyyatdan keçənlərin sayı isə 4.4 faiz azalıb.
-
Sosial09:48
Yaqub Eyyubovun qardaşı qızı ilə bağlı qalmaqal
-
MDB09:12
Azov və Qara dənizdə şiddətli müharibə: Ukrayna ATACMS raketləri ilə hücum etdi
-
Nəqliyyat08:50
Bakıda sıxlıq olan yollar - SİYAHI
-
Dünya06:49
Bu ölkədə havanın temperaturu 52 dərəcəyə çatdı
-
Dünya05:15
Ərdoğandan İtaliyaya Fələstinlə bağlı ÇAĞIRIŞ
-
Dünya03:18
Məşhur vulkan yenidən püskürdü
-
İdman02:00
UEFA Konfrans Liqasının qalibi məlum oldu
-
Qoroskop00:25
Günün qoroskopu: ideyaların reallaşdırılması üçün uğurlu gündür