
İsveçli rəssam Ceykob Munhammar Photoshop-un köməyi ilə vintaj Citroёn avtomobil modellərini futuristik uçan nəqliyyat vasitələrinə çevirib.
Virtual fırça və filtrlərlə silahlanaraq, rəssam əsas
qəhrəmanlarının məşhur fransız avtomobilinin ötən əsrin modelərinin
olduğu Flying Citroёn Car Series foto seriyalarını yaradıb.
Qeyri-adi fotolar seriyası bu mövzuda ilk iş deyil. Bir müddət öncə
belə eksperimenti fotoqraflar Reno Marion və Kris Labroy da təqdim
etmişdilər.