Bilgi.az
Oruc ola-ola zorla yemək yedirdilər – Şok
Çində, uyğur türklərinin yaşadığı Sincan Uyğur Muxtar Vilayətindəki universitetlərdə bəzi tələbələrə oruc ola-ola müəllimlərinin nəzarəti ilə zorla yemək yedirdikləri iddia edilib.
Publika.az xəbər verir ki, adlarının açıqlanmasını istəməyən üç tələbə rəhbərliyin onlara “yemək yeməsəniz, normal bir həyatınız olmaz” dediyini iddia edib.
“BBC”nin xəbərinə görə, Qaşqar Universitetinin tələbələri oruc tutmaqda israrlı olduqları üçün yazılı surətdə xəbərdarlıq alıblar. Üstəlik, onları məzun olduqdan sonra karyeralarının təhlükədə ola biləcəyi ilə təhdid ediblər.
Tələbələrin dediyinə görə, bu, müsəlmanların başına gələn ilk qalmaqal deyil. Bundan əvvəlki illərdə də Ramazan ayında oruc tutan tələbələrə diplom verməyiblər.
Xatırladaq ki, bundan öncə Sincan Uyğur Muxtar Vilayətində yaşayan uyğurlara oruc tutmağın yasaqlandığına dair xəbər vermişdik.
Vüsal Tağı
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi