Nida Təhlil
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
Sülhməramlılarının Qarabağdan çıxarılmasının məntiqi davamı olaraq Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də bağlandı.
Bölgədə separatizm mövcud olduğu dövrdə bu mərkəz faktiki heç nə edə bilmirdi. Rəsmi Bakı baş verən insidentlər haqda mərkəzi məlumatlandırmaqla, türk hərbçilərini prosesə qoşmağa çalışsa da, Rusiya sülhməramlıları onların arxa planda qalması üçün hər şeyi edirdi, əksər vaxt nail olurdu da.
Lakin Monitorinq Mərkəzinin yaradılması və türk hərbçilərin orada olması, heç nə etməsələr belə Azərbaycanın əlini gücləndirən, sülhməramlıların öz missiyalarından kənar fəaliyyətinə qarşı müqavimətini artıran amil idi. Əliyev məhz buna görə 10 noyabr razılaşmasına Monitorinq Mərkəzinin yaradılması və Türkiyə hərbçilərinin bölgəyə gətirilməsi məsələsini daxil etmişdi. Qarabağda əldə edilən nəticədə onların da müəyyən qədər payı var.
Asif Nərimanlı
-
Magazin107:35Bu il onları itirdik...
-
İdman07:15Qvardioladan Ronaldonun karyerası ilə bağlı diqqətçəkən təklif
-
Qoroskop02:18Günün ulduz falı: gözlənilməz bir zəng günün axarını dəyişəcək
-
İdman02:00Nazirlər “Sabah” - “Barselona” oyununu izlədilər - Foto/Video/Yeniləndi
-
Hadisə25 Noyabr 23:55Azərbaycanda vulkan püskürdü
-
İdman25 Noyabr 23:37"Sabah" "Barselona"ya məğlub oldu - Yeniləndi
-
İdman25 Noyabr 19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin125 Noyabr 19:00Xalq artisti Elmira Şabanova vəfat etdi












.jpg)













.jpg)











