Ruhları çəkən videoqrup hücuma məruz qaldı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ruhları çəkən videoqrup hücuma məruz qaldı – FOTOLAR

ABŞ-ın Pensilvaniya ştatında yaşayan Diana və Tom Simpson evlərində yaşayan 5 ruh və cinin daimi müdaxiləsindən zara gəliblər. Cütlük həmçinin bildirib ki, fövqəltəbii varlıqlar ev sakinlərini cırmaqlamaqdan doymurlar.

Dianadan ruhlarla bağlı müsahibə alan fotojurnalist Nik Petrillonun da çəkiliş zamanı əlləri cırmaqlanaraq yanıb. Diana jurnalistin əlini müqəddəs su ilə silib.

D.Simpson başına gələn hadisələri nəql edərək bildirib ki, yuxuda ikən arxasında iki kişinin dayandığını görüb. Yuxudan ayıldıqda isə qarşısında gözlərini ona zilləmiş həmin adamları görüb. Hər şey də elə bundan sonra başlayıb. Növbəti günlərin birində isə hamam otağında güzgüyə baxarkən, o, döşəmədə ölmüş sarışın qızcığazın əksini görüb. Bu azmış kimi, evdə addım səsləri, qapı cırıltısı, boş otaqdan hıçqırıq və qışqırtı gəlib.
Simpsonlar ailəsi evdə cinin olmasından da şübhələnir. Belə ki, çəkilmiş fotoların birində qara kölgəli bir fiqurun peyda olması bunu sübut edib.

Diana Simpson deyir ki, evində bir neçə xeyirxah qadın ruhu yaşayır. Lakin qalanları isə bəniyyətdir və ona zərər yetirməklə məşğuldur.


Cütlük buraya 7 il bundan əvvəl köçüb. O vaxtdan etibarən evi satan şəxsi də tapmaq olmayıb. Evə keşiş, medium və digər paranormal tədqiqatçılar gəlsə də, ailənin dərdinə çarə tapılmayıb.

Diana evin içində və çölündə yüzlərlə şəkil çəkib. Nəticədə isə, aşağıda təqdim etdiyimiz görüntülər alınıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm