Bilgi.az
"Super Ay”dan yeni super xəbər
Bütün dünya avqustun 10-dan davam edən “Super Ay”ın
görüntülərindən sözün yaxşı mənasında şokdadır.
ANS TV-nin məlumatına görə, bu günlərdə Yer planetinin orbiti olan
Ay özünün yerə olan ən yaxın məsafəsində dayandığına görə öz
görünüşü ilə maraqlı mənzərələrə səbəb olub. Amma dünyanın heç də
bütün ölkələri ayın bu görüntülərini görə bilmir. Bu görüntüləri
tam olaraq izləmək imkanı olan ölkələrdə isə fotoqroflar fürsətdən
istifadə edərək möhtəşəm şəkillər çəkməyi bacarıb.
Ölkəmizdə də “Super Ayı” izləmək mümkün olub. Gecə gəzintidə olan
paytaxt sakinləri gördükləri bu mənzərənin qarşısında təəccüblərini
gizlətmədilər.
Ayın Yer planetinə bu qədər yaxınlaşması bir sıra təbiət
hadisələrilə də müşaiyət oluna bilir. Bura qabarma, çəkilmə,
daşqın, zəlzələ hadisələri daxildir. İddia olunur ki, 2011-ci ildə
Yaponiyada baş verən daşqınlara səbəb olan zəlzələ məhz Ayın Yerə
hədsiz yaxınlaşması olub.
Amma alimlərin fikrincə, bu dəfəki “Super Ay” heç bir fəsadlar
törətməyəcək.
Bəs “Super Ay” nədir və necə baş verir? Ayın Yer ətrafında hərəkət
orbiti dairəvidir. Amma “Super Ay” zamanı orbit ellips formasında
olur. Belə olan halda, ay öz oval formasında olan orbiti ətrafında
fırlanarkən, yerə gah yaxın, gah da uzaq olur. Bu hərəkət zamanı
ayın yerə ən yaxın olan hissəsi periqey, yəni “Super Ay” adlanır.
Sonuncu “Super Ay” bu ilin iyun ayında müşaiyət olunub.
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO