Bilgi.az
Uğurlu pəhriz üçün 12 QAYDA
Pəhriz saxlamaq çoxlarına tanış olan anlayışdır. Amma pəhrizə riayət etməyi hər kəs bacarmır. Çoxları bazar ertəsi məsləhətsiz başladığı bu işi ancaq çərşənbə axşamına kimi davam etdirə bilir. Pəhrizə başlayanda onu davam etdirmək üçün ən vacib şərt qarşıda hədəfin olmasıdır. Məsələn, bir ayda 5 kq arıqlamaq kimi. Bu nəticəni əldə etmək üçün isə cəmi bir neçə qaydaya riayət etmək lazımdır. Bu qızıl qaydalar pəhrizin uzunömürlülüyünə əsas verəcək.
1. Artıq çəkidən azad olmaq üçün gündə 2,5 litr su için.
2. Yeməklərdəki duzu azaldın.
3. Gündəlik çörəkdən istifadəni 3-4 dilimə kimi azaldın.
4. Makaron, aş, kartof kimi qidalardan istifadəni həftədə iki dəfəyə salın.
5. Şirniyyatı həftədə bir dəfə yeyin.
6. Spirtli içkilərdən şərab, arağa üstünlük verin. Amma həftədə iki dəfədən və iki qədəhdən çox olmamaq şərti ilə.
7. Çox aclıq hiss edəndə proteinli yeməklərə üstünlük verin. Məsələn ət, balıq, toyuq kimi soyutmalara. Onlar həm qan şəkərini yaxşı tənzimləyir, həm də çəkinin azalmasına kömək edir.
8. Həftədə 3 gün balıq mütləqdir. "Omeqa-3" vitamini ilə zəngin olan balıq həzmi asanlaşdırır, qan şəkərini tənzimləyir, immuniteti gücləndirir.
9. Günün eyni saatlarında yemək yeməyə çalışın.
10. Pəhriz zamanı bəzi bitki çaylarının qəbul edilməsi faydalıdır. Məsələn yaşıl çay. Gündə ən azı 2 dəfə içilməsi məsləhətdir.
11. Yeməkləri dadlandırmaq üçün gündə iki qaşıq xardal və ya ketçupdan istifadə etmək olar.
12. Gündə 1 stəkandan artıq light cola içməyin.
Qeyd edək ki, həkimlər normal pəhrizlə ayda 5-6 kilodan artıq arıqlamağı məsləhət görmürlər.
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO