Bilgi.az
Dünyanın ilk bərəsi: türklərin tikdiyi nəhəng "su aslanı"
Dünyanın ilk bərəsinin Osmanlı İmperiyası dövründə türklər tərəfindən tikildiyini bilirsinizmi?
Publika.az">Publika.az xarici KİV-lərə istinadla xəbər verir ki, 1800-cü illərdə İstanbul Boğazının hər iki tərəfində daşımalar sadə qayıqlar vasitəsilə həyata keçirilirdi. 1840-cı illərdə kiçik vaporlar boğazda daşıma xidməti göstərməyə başlayır. 1850-ci ildə isə "Şirkəti- Xeyriyyə"nin qurulması ilə İstanbul əhalisinə daha böyük bərələr vasitəsilə dəniz nəqliyyatı xidməti göstərilməsinin əsası qoyulur.
Şirkətin rəhbərlərindən biri olan Hüseyn Haqqı Əfəndi yenilikçi bir insan idi və uzun illərdir Boğazda xüsusilə nəqliyyat vasitələrinin daşınmasını asanlaşdıracaq bir həll yolu axtarırdı. Şirkətin memarı ilə birlikdə bir il ərzində çalışaraq həm irəli, həm də geri gedə bilən, göyərtəsi düz, üzərində insanların da daşınması üçün ərazisi olan, hər iki ucunda qapaqların olduğu bir bərə dizaynı hazırlayırlar.
Həmin dizaynı İngiltərədəki gəmiqayırma zavoduna göndərirlər. İngilislər dizayna heyran qalır.
İnşası təxminən 2 il davam edən, 1871- ci ildə başa çatan bərəyə "Suhulet" adı verilir ki, bunun da mənası "rahatlıq" deməkdir. İlk səfərini
1872-ci ildə Üsküdarla Qabadaş arasında reallaşdıran "Suhulet" İstanbul Boğazının hər iki tərəfində 89 il xidmət göstərir. Xalq arasında bu bərənin ikinci adı "nəhəng su aslanı" olaraq anılır.
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
































