Bilgi.az
İndi onları tanımaq mümkün deyil
Həyat axır gedir... Sovet dövründən tanıdığımız balaca oğlanlar və qızlar da çoxdan xala və dayı statusuna layiq görülüblər. Çoxları elə dəyişib ki, tanımaq mümkün deyil. Bəziləri isə artıq həyatda yoxdur.
Həmin aktyorların indiki həyatı haqqında informasiyanı təqdim edirik.
1. Dmitri Barkov və Yeqor Drujinin
Drujinin əvvəl Leninqradda işləyib. Daha sonra xanımı ilə birlikdə ABŞ-a köçüb. Lakin indi yenidən Moskvada yaşayır. Bir çox musiqinin müəllifidir. Balet rejissorudur. “Qızıl maska” laureatıdır.
Barkov isə bir vaxtlar Leninqradda musiqi kanalında işləyib. Filmlərdə epizodik rollarda oynayıb. Nevada şəhərində yaşayır.
2. Natalya Qusev
Natalya sadəcə məktəb illərində filmlərə çəkilib. Məktəbi bitirdikdən sonra virusoloq olub. Hazırda kimya-bioloq işləyir və bir qızı var.
3. Mariana İonesyan
Məktəbdən sonra Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinə daxil olub. 1997-ci ildə Texas universitetindən biznes idarəetmə üzrə magistr diplomu alıb. İndi Mariana Virciniya ştatında yaşayır və biznes-konsultant işləyir.
4. İlya Naumov
Artıq kinolara çəkilmir. İndi inşaat biznesində işləyir.
5. Kutepovı, Polina və Kseniya bacıları
1993-cü ildə Polina rejissorluq fakültəsini bitirib. 1993-cü ildən Moskva teatrının aktrisasıdır.
Kseniya teatr studiyasında işləyir. Filmlərə çəkilir. 1993-cü ildə rejissorluq fakültəsini bitirib. Hər iki aktrisa fəal şəkildə filmlərə çəkilir və teatrda oynayır.
6. Torsuevı, Yuri və Vladimir qardaşları
Bir neçə il bizneslə məşğul olublar. Lakin sonra Vladimir taksist işləməyə başlayıb. Yuri Almaniyaya gedib. İndi hər ikisi müxtəlif şirkətlərdə Moskvada işləyirlər. Hələki film təklifi almırlar.
7. Tatyana Prosenko – Malvina rolunun ifaçısı
Kinoşünaslıq fakültəsini bitirib. Kino və televiziya aparıcısı təkliflərini rədd edir. Şeirlər yazır və qızını böyüdür.
8. Dmitri İosifov – Buratino rolunun ifaçısı
Məktəbi bitirib Dmitri Ümumrusiya Dövlət Kinomotoqrafiya institutuna daxil olub. O vaxt müxtəlif kinofilmlərə çəkilib.
Paralel olaraq rejissorluq bölməsinə daxil olub və reklam sahəsində işləməyə başlayıb. Sonra televiziya və kino layihələrinə başlayıb. Hazırda kliplərin, reklam çarxlarının və realiti-şouların rejissorluğu ilə məşğul olur.
Nərgiz
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?