Tarix
500 illik zavod görün hansı sirrin üstünü açdı: Bakının xilaskarının təsirli hekayəsi
Türkiyənin Beyoğlu rayonunda məktəb tikintisi zamanı 30 minaatanın tapıldığı ərazinin tarixi Karaağaç Barıt Sahəsi olduğu ortaya çıxıb. Sahə Cümhuriyyətin ilk illərində Nuri Paşanın silah zavoduna da ev sahibliyi edib. Nuri Paşanın kədərli hekayəsi yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, 1890-cı ildə Bitolada anadan olan Nuri Paşa (Killiqil) 1909-cu ildə Bitola Hərbi Akademiyasını baş leytenant rütbəsi ilə bitirib. Ənvər Paşa qardaşı Nuri Paşanı Azərbaycan və Dağıstanın Osmanlıdan kömək istəməsindən sonra qurduğu Qafqaz İslam Ordusuna komandan təyin edib.
“Bakı Fatehi”
1918-ci il sentyabrın 15-də 12 min əsgərdən ibarət Qafqaz İslam Ordusu ilə Bakını xilas edən Nuri Paşa “Bakı Fatehi” kimi tanınır. “Mudros” barışıq müqaviləsi imzalandıqdan sonra Qafqaz İslam Ordusu Bakını tərk etməli olub, Nuri Paşa isə Batumidə ingilislər tərəfindən həbs edilib. O, 1919-cu il avqustun 8-də məhkəməyə çıxarılıb, oradan qafqazlıların köməyi ilə qaça bilib.

Müharibə sənayesinin pioneri
O, Türkiyənin "Nuri silahı" adlandırdığı ilk 9 millimetrlik silahı kütləvi şəkildə istehsal edib. Qurduğu fabrikdə top, minaatan, zenit gülləsi, eləcə də təyyarə bombaları istehsal edib. Nuri Paşa daxili müharibə sənayesinin inkişafına və ordunun atəş gücünün artırılmasına töhfə verən ilk sahibkarlardan biri olub.

Fabrikdə partlayış
2 mart 1949-cu ildə Nuri Paşanın İstanbulun Sütlücə bölgəsindəki barıt sahəsində yerləşən fabrikində səbəbini müəyyən etmək mümkün olmayan güclü partlayış baş verib. Partlayışda Nuri Paşa da daxil olmaqla 28 nəfər həyatını itirib. Barıt zavodunun tarixi Osmanlı dövrünə gedib çıxır. Qızıl Buynuz sahillərində yerləşən tarixi barıt zavodu II Sultan Bəyazid tərəfindən tikilib.
İstanbul Böyükşəhər Bələdiyyəsi baş katibinin müavini Mahir Polat sosial media hesabında paylaşım edərək "Təcili olaraq tikinti dayandırılmalı və tarixi Osmanlı Barıt Fabriki ərazisində arxeoloji işlərə başlanmalıdır" deyib.
Roza Şəfiyeva
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər




















.png)





.jpg)











