Bilgi.az
Depressiyaya düşənləri hansı təhlükə gözləyir?

Fransız elm adamlarının araşdırmasına görə, bir neçə dəfə depressiyaya düşən şəxslərin beyin fəaliyyəti zəifləyir. Bu hal konsentrasiya, sürət və diqqətə təsir göstərir. Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, elm adamları həyatı boyunca 1-5 dəfə depressiyaya düşən adamların idrak bacarıqlarını araşdırıb.
Rəqəmlərin aralarını doldurmağa istiqamətli "iz sürmə testin"də iştirakçıların bacarıqları əvvəl depressiyadaykən, daha sonra xəstələr yaxşılaşdıqda qiymətləndirilib.
İlk və ikinci depressiya müddətindən dərhal sonra testin edilməsinin 35 saniyə vaxt apardığı müşahidə edilib. Ancaq 3 və ya daha çox dəfə depressiyaya tutulanların testi bitirmə müddətinin 80 saniyəyə qədər uzandığı müəyyən olunub. Depressiyanın müalicə edilməməsi halında beyində toxuma pozulmalarının meydana gəldiyini ifadə edən elm adamları, bir neçə dəfə depressiyaya girənlərin bu xəstəliyə təkrar tutulma riskinin də bu səbəblə artdığını vurğulayıb.
Elm adamları, şizofreniya və asılılığın müalicəsində tez-tez tətbiq olunan müalicə üsullarından birinin depressiyada da istifadə edilə biləcəyinə diqqəti çəkdi. Depressiyanın zamanla pisləşən bir xəstəlik olduğuna aydınlıq gətirən araşdırmanın nəticələri "European Neuropsychopharmacology" jurnalında nümayiş olunub.
Gülxar

-
Art00:55
İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - VİDEO
-
ABŞ12 May 21:31
Trampın Yaxın Şərqə səfəri başladı
-
Avropa12 May 20:11
Kir Starmerin evi yandı
-
ABŞ12 May 19:40
ABŞ və Çin razılığa gəldi: Rüsumlar endirildi
-
Nəqliyyat12 May 18:40
21 yolda tıxac var - Siyahı
-
Hadisə12 May 18:30
DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın TƏFƏRRÜATI
-
Hadisə12 May 18:20
Baş Prokurorluq Gəncədəki PARTLAYIŞla bağlı məlumat yaydı
-
Dünya12 May 17:05
Bu bölgədə məskunlaşanlara 19 min manat veriləcək