Bilgi.az
Kim Kardaşyana bənzər suriyalı qız internetdə sensasiya yaradır – FOTOLAR
Özünü "Syrian Girl" kimi təqdim edən suriyalı bloger öz sensasiyalı nitq və videoları ilə məşhurdur. 27 yaşlı Maram Susli Avstraliyada yaşayır və sosial mediada yazdığı fikirləri ilə insanları cəlb edib.
Onun yerləşdirdiyi videolara "YouTube" kanalında 2.5 milyon insan izləyib. Bu videolar, adətən, "Əssəd Əl-Qaidəni dəstəkləyir", "Əgər Suriya kimyəvi silahı tərksilah etsə, biz müharibəni uduzarıq" adı altında yayımlanır.
Maram Susli 1987-ci ildə Dəməşq şəhərində dünyaya gəlib. O, uşaq olarkən ailəsi ilə birlikdə Avstraliyaya köçüb.
Suslinin sözlərinə görə, onu sosial mediada söz deməyə vətəninin dağıdılması vadar edir. O, Suriya müxalifətçilərini, İŞİD-i və ABŞ hökumətini tənqid edir. Suriyanın güclü ordu və möhkəm sərhədlərinin olmasını istəyir.
Susli deyib: "Mənim öhdəliyim ABŞ-ın dəstəyi altında ekstremist müxalifətçilərin təsiri altında sakitliyi pozulmuş suriyalıların səsini dünyaya çatdırmağa çalışıram".
Lakin bəzi insanlar Suslini şöhrətpərəstlikdə günahlandırır. Hətta onu Kim Kardaşyanla müqayisə edənlər də tapılıb. Tənqidçilərin fikrincə, qız məşhurlaşmaq üçün hər bir vasitəyə əl atır.
Susli isə onu tənqid edənlərə belə deyib: "Mən gözlərimin qarşısında dağıdılmış ölkəmə görə bu yola əl atıram. Çalışıram ki, dünya nəzərini doğulduğum ölkəyə yönəltsin".
Çoxları isə Suslini danışdıqlarına ciddi yanaşmır. Onların fikrincə, o, sadəcə, siyasət haqda danışan qadındır. Suslini hətta plastik əməliyyat etdirməkdə günahlandıranlar da az deyil.
Susli hazırda biofizika və kimya üzrə ikinci təhsil alsa da, günün çoxusunu video hazırlamağa sərf edir.
Nura
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ