Bilgi.az
Sabahdan yol qəzaları və intiharların sayı arta bilər
Sabah saatlar bir saat geri çəkilir. Bu da yuxu sistemindən başlayaraq bütün bədənimizə təsir edən dəyişiklikdir.
Publika.az-ın məlumatına görə, alimlər saatların çəkilməsinin insanların sağlamlığına zərərini açıqlayıblar.
Alimlərin açıqlamasına görə, yuxudan oyanmaq gün işığının beynə çatması və yuxu hormonunun azalması ilə baş verir. Ona görə də 1 saatlıq fərq belə bütün sistemə mənfi təsir edə bilər. Bu hal xüsusən də, beyin və ürəyin işində problem yaradır. Bəzi hormonlarla əlaqədar olaraq qan təzyiqi artır və bu da ürək ritminin pozulması, ürək tutması ilə nəticələnir.
Qışda saatların çəkilməsindən ilk bir həftə sonra ürək tutmalarında 4 % artım müşahidə edilir. Diqqətsizliyə görə, yol qəzalarının sayı 6% artır və bunun əsasən ölümlərə səbəb olan qəzalar olduğu bildirilir.
Saat fərqinə görə, şagirdlərin imtahandakı nəticələri aşağı enir, depresiya və intihar halları isə artır.
Bu halların qarşısını müəyyən qədər almaq üçün alimlərin bəzi məsləhətləri də var. Onlar səhər gün eynəyi taxmadan piyada gəzməyi, səhər günəşi görərək oyanmaq üçün yataq otağındakı pərdəni tam bağlamamağı tövsiyə edir.
Gülxar
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi