Leninin kommunizmi islamlaşdırmaq istəyən əkizi - – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Leninin kommunizmi islamlaşdırmaq istəyən əkizi - – FOTOLAR

Vladimir Leninin(Ulyanov) əkiz qardaşının olmasını çox az adam bilir.

Vladimir Leninin(Ulyanov) əkiz qardaşının olmasını çox az adam bilir.

Onun adı Sergey Ulyanov olub. Təəssüf ki, Vladimir İliçin ölümündən sonra Stalin onun haqda xatirələrin silinməsi üçün əlindən gələni edib.

Valideynlərinin sevimlisi olan və çox əzizlənən Sergey qardaşının tam əksi idi. O, əkiz tayından fərqli olaraq heyvanları sevərdi. Elə buna görə də təhsil haqda diplom aldıqdan sonra Sergey ömrünün sonuna kimi baytar həkimi olaraq qaldı.

Bir gün Ufa şəhərinə gələn Sergey yarmarkada Volodya ilə qarşılaşır. Məsələ burasındadır ki, Volodyanın qəddarlığına və aqressiv inqilabi fikirlərinə görə ailə üzvləri qardaşları bir-birindən ayırmışdılar.

Sergeyin 16 yaşı olarkən o, evi tərk edərək Ufa quberniyasına gedir və Zöhrə adlı yerli qızla evlənir. Valideynləri və qardaşları toya gəlmir...

Bir müddətdən sonra Sergey qardaşını bütpərəstliyə cəlb etməyə çalışır. Leninin onun fikirlərinə şərik olub-olmaması haqda dəqiq məlumat yoxdur.

Otuz yaşında Sergey İliç mum satışından yaxşı gəlir əldə etdiyi üçün özünə daha 3 arvad alır.

1905-ci il üsyanından sonra gənc kommunistlər üçün çətin dövr başlayır. Gənc kommunistlərin təşkilatı üçün bir sıra avadanlıqlar çatışmırdı. Ona görə də Vladimir İliç 1906-cı ildə kömək üçün imkanlı qardaşına müraciət edir. O, Sergey İliçə belə bir məktub yazır: "Mövcud olmaq üçün avadanlıq lazımdır. Bunsuz inqilab məhv olacaq".

Sergey qardaşına biganə qalmır, əlində olan bütün mumu sataraq əldə etdiyi pulları inqilabçılara vermək üçün Petroqrad şəhərinə gəlir. Həmin vaxtlar Vladimir İliç inqilaba hazırlıq üçün silah daşıyır, fəhlələr və kəndlilər arasında təşviqat aparırdı.

Oktyabr inqilabında qardaşlar çiyin-çiyinə iştirak edirlər.

Lenin öz əkiz tayı olan qardaşına qulaq asmağı sevərdi. Vladimir İliç "Biz birlikdə gücük" - deməyi xoşlayardı.

Gənc ölkə möhkəmlənib ayaq üstdə dura bildikdən sonra Sergey İliç doğma Ufa quberniyasına qayıtdı. O, orada maarifçilik və təşviqatla fəal məşğul olmağa başladı.

Lenin öldükdən sonra hakimiyyətə gələn Stalin dahi rəhbərin məsləkdaşlarının ovuna çıxdı. Stalinin qanlı siyahısında ilk yerdə Sergey İliç dayanmışdı. O, qardaşına olan oxşarlığından istifadə edərək Sovet hakimiyyətinin başına gələ bilərdi. Lakin Sergey İliç tam başqa yol seçdi. O, Litvaya qaçaraq Rumıniyadan İsveçrəyə keçdi.

O, gündəliyində yazırdı: "Mən repressiyadan ehtiyat etdiyimdən vətənimə xidmət edə, qardaşımın işini davam etdirə bilmədim".

Vətəndən kənarda da Sergey İliç marksizm-leninizm ideyalarına sadiq qalır. Meksika Sergeyin ikinci vətəninə çevrilir. Orada qalaraq işləyir və kitab nəşr etdirir. Sergey İliç Ulyanovun əsas ideyası kommunizmin "islamlaşması" prinsipi olub. Lakin bu ideya onun məsləkdaşları tərəfindən dəstəklənmir.

İslam dininin daha dərin tədqiqi üçün o, Məkkəyə yollanır. Orada 2 il qalır. Təəssüf ki, islamlaşma nəzəriyyəsi nə vətənində, nə də xaricdə dəstəklənir. 1950-ci ildə o, inqilab yoldaşı Fidel Kastro tərəfindən Kubaya dəvət olunur və Sergey ömrünün axırına kimi orada qalır.

Sergey İliç 1965-ci ildə Kubada vəfat edir.

P.S. Bu faktların uydurma olduğu ilə bağlıda söz-söhbətlər var. Bəzi Rusiya mətbuatı bunun sonradan təhrif edildiyini iddia edir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm