Hər kəs onu axtarır: Bəs o haradadır?
Bizi izləyin

Bilgi.az

Hər kəs onu axtarır: Bəs o haradadır?

Minilliklər boyu bunun üçün mübarizə aparsaq da, xoşbəxtlik anlayışı və ona necə nail olacağımız hələ də sirr olaraq qalır. Bəziləri bunu ümumi rifah hissi kimi görə bilər. Başqaları üçün, bu, sevinc qığılcımı ola bilər. İnsanlar bir xəyalın arxasınca qaçaraq və ona çataraq xoşbəxtlik tapa bilər. Xoşbətlik bunların birləşməsi ola bilər və ya tamamilə başqa bir şey.

Xoşbəxtlik axtarışı

Çətin sual budur ki, xoşbəxtliyə qovuşmağın ən yaxşı yolları nədir?

“Xoşbəxtlik mütləq genetik olaraq əldə etmək üçün hazırlandığımız bir şey deyil. Bunun üzərində həqiqətən də işləməliyik. Xoşbəxtlik və məmnunluq arasında fərq var. Məmnunluq arxayınlığa, durğunluğa gətirib çıxarır. Amma xoşbəxtlik...

Publika.az xəbər verir ki, Harvard Universitetində yetkinlərin inkişafı ilə bağlı araşdırma aparan psixiatr Dr.Robert Uoldinqer 85 illik həyat təcrübəsinə əsaslanaraq bildirir ki, həm xoşbəxtliyin, həm də sağlamlığın sirri yaxşı münasibətdir.

Bəs bu necə ola bilər?

Uoldinqerə görə, yaxın münasibətlər insanların bədənlərini daha güclü və beyinlərini daha kəskin saxlayır, çox güman ki, bizi həyatın tənəzzüllərindən qorumağa da kömək edir:

“Bu, dövran edən stress hormonlarını bizdən uzaqlaşdırır. Həmçinin bir çox xroniki müasir xəstəliklərin kökündə olduğu düşünülən iltihabı azaldır. Münasibətləri ardıcıl şəkildə inkişaf etdirmək üçün bir az səy göstərmək lazımdır”.

Bunun üçün o, bir neçə tövsiyə edib:

-Həftəlik telefon zəngi kimi rutinlər qurmaq;

-Yeni şeylər etməklə çoxdankı münasibətləri canlandırmaq;

-Ortaq maraqlar ətrafında əlaqə quraraq yeni dostlar tapmaq;

-Yad insanlarla söhbət etməklə daha rahat olmaq.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm