Bilgi.az
Avtomobillə qonşusunun üstündən 4 dəfə keçdi – DƏHŞƏTLİ VİDEO
Qan dondurucu hadisə Yakutiyanın Aldan şəhərində baş verib. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, şəhər xəstəxanasında laborant işləyən sürücü qadın intiqam naminə qonşusunun üstündən maşınla bir neçə dəfə keçib.
İş ondadır ki, sürücünün qonşusu qarda sürüşərək təsadüfən avtomobilin qapısını cızıb. Nəzarət kameraları qəddar avtomobil sürücüsünün hərəkətlərini anbaan qeydə alıb.
Belə ki, piyada qonşu qapıdan çıxaraq dar cığırla gedərkən sürüşüb və hərəkətdə olan avtomobilin qapısını cızıb. Avtomobildən çıxan sürücü yerə yıxılan qonşusuna yaxınlaşaraq iradını bildirib. Naməlum səbəblərdən piyada qadın huşunu itirərək yerdə qalıb. Sürücü avtomobilinə əyləşərək yerə sərilmiş qonşusunun üzərindən bir neçə dəfə keçib.
Aldan şəhər polis bölməsindən verilən məlumatda deyilir: "Hazırda video dəqiqliyi ilə araşdırılır. Sürücüyə qarşı materiallar toplanılıb və prosessual qərar qəbul olunacaq".
Verilən məlumata görə, xəsarət alan qadın sağ qala bilib, lakin onun üzərində çoxlu sayda zədə və əziklər qeydə alınıb. Əgər xəsarət alan qadın polisə şikayət ərizəsi ilə müraciət etməzsə, o zaman aqressiv avtomobil sürücüsü yaxasını yalnız cərimə ödəməklə qurtara bilər.
Nura
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO