Maraq dünyası
Tatu ilə bağlı dəhşətli məlumat: son 5 ildə 1 milyondan çox insan...
2019-2024-cü illər arasında ABŞ, Avstraliya və Kanadada 1 milyondan çox tatu silinib. Buna səbəb ən çox iş tələbləri, həyat dəyişikliyi, işarənin mənasının itirilməsi və yeni tatu üçün yer açmaq olub.
Publika.az xəbər verir ki, “Recovery” tərəfindən döymə silinməsi məlumatları dərc edilib.
Tədqiqatda 88,5 milyon amerikalının tatusu olduğu və hər il 11 milyon yeni tatu edildiyi bildirilir. 28 milyon amerikalının ən azı bir tatuajı var ki, ondan narazıdırlar və ya bəyənmirlər. ABŞ-da bir insanın tatularının sayı 3,3-dür.

Yayımlanan məlumatları qiymətləndirən türkiyəli dermatoloq Eda Yıldırım döymədə istifadə olunan mürəkkəbin növünün belə vacib olduğunu bildirib:
“Mürəkkəbin növü silinməyə təsir edə bilər. Köhnə döymələr silinməyə yenilərindən daha yaxşı cavab verir. Bunun səbəbi zaman keçdikcə mürəkkəb hissəciklərinin parçalanması və bədən tərəfindən xaric edilməsi üçün daha asan silinməsidir”.

Eda Yıldırım qeyd edib ki, bu sahənin mütəxəssisi olmayan bir həkim tərəfindən edilən əməliyyatlarda dəri rəngində dəyişiklik ola bilər: “Tatu silmə seansı onun ölçüsünə görə dəyişir. Orta müalicə müxtəlif amillərdən asılı olaraq 8-12 seans çəkə bilər. Tatuajın lazerlə silinməsi hər kəs üçün fərqli ola bilər”.
Mütəxəssis tatu əməliyyatından sonra həmin hissənin təmiz və quru saxlanmasının lazım olduğunu bildirib: “48 saat isti sudan uzaq durun. 24 saat ərzində intensiv məşqləri azaldın. Əllərinizlə oynamayın. Günəşə məruz qalmaqdan çəkinin və qoruyucu kremlərdən istifadə edin”.
Roza Şəfiyeva
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı












.jpg)

























