Bilgi.az
Qızları fitə basan oğlan belə cəzalandırıldı – FOTOLAR
Hindistanın Madhya-Pradeş ştatında yerləşən Sendhva şəhərində qızlara sataşan oğlan özünəməxsus şəkildə cəzalandırılıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, küçədə qızların arxasınca canavar kimi ulayan və pişik kimi miyoldayan Virat Dhoni insanların gözü qarşısında cəzalandırılıb. Belə ki, qızlar və qadın polis işçisi "seksual heyvan"a onun arxasını kötəkləməklə "dərs" verib. 23 yaşlı Virat Dhoni küçədə əsasən azyaşlı qızlara sataşırmış.
Qızlar onun hərəkətindən bezərək qadın inspektor Monika Sinqhə müraciət ediblər. Monika isə dələduzu yaxalayıb. Qadın bu barədə belə deyib: "Bir polis kimi mənim iki seçimim vardı. Ya onu məhkəmə zalına aparmaq, ya da yerindəcə cəzalandırmaq. Bir qadın kimi mən ikinci variantı seçdim".
Sonradan isə Dhoni ictimaiyyət qarşısında cəzalandırıldığı üçün yerli hüquq mühafizə orqanlarına müraciət edib. O deyib: "Küçədə əyilərək hamının gözü qarşısında döyüldüyümə görə utanc hissi keçirdim. Mən qadınlara barmağımla belə toxunmamışam və kimin günahkar olub-olmamasını müəyyən etmək polisin işi deyil".
Amma Madhya-Pradeş hakimi onun iddialarını rədd edərək, xuliqanın aldığı cəzanı layiqli hesab edib. Hakim qadın polisin onu düzgün olaraq cəzalandırmasını dəstəkləyib.
Nura
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO