Bilgi.az
Oğurluq edən hamilə qadını döydülər – FOTOLAR
Son zamanlar cinayətkar və qanun pozucularının ictimaiyyət qarşısında cəzalandırılması halları artıb. Belə bir hadisə Meksikada da baş verib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ev oğurluğunda ittiham olunan kişi və onunla əlbir olan 3 nəfər, qəzəbli insanların gözü qarşısında cəzalandırılıb. Cəzalandırılanlar arasında yeniyetmə oğlan və hamilə qadın da olub.
Meksikanın Puebla ştatında yerləşən Teuakan şəhərində 4 nəfər evdən elektrik malları oğurlayıblar. Bunun şahidi olan yüzlərlə insan 2 kişini, yeniyetmə oğlanı və hamilə qadını yaxalayaraq onları lüt soyundurublar. Bundan sonra caniləri ağaca bağlayıb, onları taxta çubuqla döyüblər. Hamilə olması ehtimal edilən qadın daha çox üzündən zərbələr alıb. Əlləri arxadan kəndirlənən yeniyetmə isə baş, qarın, ayaq və kürəyindən ağır zədələr alıb.
Oğruları cəzalandıran yerli sakinlərdən biri deyib: "Yenidən oğurluq edəcəkləri halda onları nə gözləyəcəyini göstərmək istədik".
Yerli polis hadisənin qarşısını almağa çalışsa da, qəzəblənmiş insanların qarşısında geri çəkilməli olub. Yalnız ştat polisinin müdaxiləsi ilə işgəncələr dayandırılıb.
Oğrulardan biri yerindəcə həlak olub. Digər kişi, yeniyetmə oğlan və hamilə qadına isə tibbi yardım göstərilib.
Nura
-
Rəsmi xronika09:56
Prezident onları təltif etdi
-
MDB09:24
Rusiya və ABŞ rəsmiləri arasında gizli görüş: Ukrayna ilə bağlı görün nə danışıblar
-
Nəqliyyat08:34
Hazırda bu yollarda tıxac var - SİYAHI
-
Hadisə07:55
Azərbaycanda zəlzələ oldu
-
Sosial06:16
Daha bir dələduzluq növü: “20 manat ödəniş edirsiniz, sonra isə 3 aylıq..."
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR
-
İdman02:19
Klublararası DÇ-də səbətlər bəlli oldu: Püşk bu sistemlə atılacaq – FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: bunu etməsəniz, hər şey yaxşı olacaq