Bilgi.az
Həkimlər xəstəni yerə yıxıb döydülər – FOTOLAR+VİDEO
Çinin Lyaonin əyalətində yerləşən psixi xəstəxanada həkimlərin xəstəyə qarşı törətdiyi vəhşilik ölkə gündəmindən düşmür.
Publika.az xarici mətbuata istinadən məlumat verir ki, iki tibb işçisi Jao Yanli adlı xəstəni təpikləyərək yerə yıxıblar. Bundan sonra tibb işçiləri onu döyməyə başlayıblar. Bütün bu vəhşiliklər nəzarət kamerasına çəkilib.
Əqli cəhətdən zəif olan Jao elə vəhşicəsinə döyülüb ki, onun ömrünün sonunadək iflic qalma ehtimalı yaranıb. Jaonun tibb işçiləri tərəfindən vəhşiliklə döyülməsini qardaşı Çenq aşkar edib. O deyib: "Qardaşımın harada olduğunu soruşdum. Mənə dedilər ki, televizor olan otaqdadır. Oraya gedəndə qardaşımı huşsuz halda və qan içində gördüm. Həqiqətən də, onun vəziyyəti ağır idi".
Jao yerli xəstəxananın reanimasiya şöbəsinə aparılıb. Lakin həkimlər Jaoya kömək edə bilməyiblər. Onların sözlərinə görə, Jao sağ qalarsa, heç zaman yeriyə bilməyəcək. Jaonun vəhşicəsinə döyülmə kadrları isə polisə təqdim olunub. İlkin ehtimala görə, Jao tibb bacılarından birinin ləyaqətini alçaldan söz dediyi üçün kişi personalı tərəfindən döyülüb.
Kadrlardan da göründüyü kimi, Jaonun döyüldüyü otaqda 10-a yaxın insan olub. Onların tibb işçisi və ya pasiyent olması isə məlum deyil. Maraqlısı, budur ki, insanlardan heç biri döyülən insanın müdafiəsinə qalxmayıb.
Nura
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi