Yeddi il kruizdə yaşayan qadın hər gecə... – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Yeddi il kruizdə yaşayan qadın hər gecə... – FOTOLAR

Amerikalı Li Voçtstetter ərinin ölümündən sonra 7 il müddətində kruiz laynerində yaşayıb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, yaşlı qadın ərinin ölümündən sonra Floridadakı evini sataraq kruizə çıxıb. 86 yaşlı Voçtstetter 50 il birgə yaşadığı əri ilə dəniz səyahətinə yollanıb. Lakin əri 1997-ci ildə xərçəng xəstəliyindən vəfat edərkən arvadına deyib: "Kruizi dayandırma". Ərinin istəyini yerinə yetirən qadın 7 il müddətində 1070 dəfə sərnişin gəmisində səyahətə çıxıb.

Qadın kayut, qida və əyləncəyə hər il 160 min dollar xərcləyir. Səyahət zamanı qadın 100-dən çox gəmi gəzintisinə, 15 dəfə dünya səyahətinə çıxıb, 100-dən çox ölkədə olub. Gəmi sərnişinləri ona "Ana Li" deyərək müraciət edirlər.

Voçtstetter nadir hallarda göyərtədən düşərək quruya çıxır. Bununla belə, qadın ailəsi ilə daim internetlə əlaqə saxlayır. O deyib: "Rəqs etməyi çox xoşlayıram. Ərim bunu xoşlamasa da, qonaqlarla rəqs etməyimə icazə verərdi. Ona görə də mən hər gecə şam yeməyindən sonra rəqs edirəm".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm