Moskva barmağını nüvə düyməsinə sıxır: Makrona cavabdır
Bizi izləyin

MDB

Moskva barmağını nüvə düyməsinə sıxır: Makrona cavabdır

Dmitri Peskov Müdafiə Nazirliyinin yaxın gələcəkdə qeyri-strateji nüvə silahlarından istifadənin “praktiki sınaqları” üzrə təlimlərə hazırlıqla bağlı mesajını şərh edib.

Publika.az xəbər verir ki, Dmitri Peskov bildirib ki, Müdafiə Nazirliyinin mətbuat xidməti təlimlərin keçirilməsinin zəruriliyi ilə bağlı hərtərəfli izahatlar verib və qeyd edib ki, təlim Qərb rəsmilərinin Rusiyaya qarşı təxribat xarakterli bəyanatları və təhdidləri fonunda keçirilir.

Kreml spikeri qeyd edib ki, söhbət Fransa prezidentinin, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbərinin və ABŞ Senatının nümayəndəsinin bəyanatlarından gedir.

“Yəni bu, əslində NATO əsgərlərini Rusiya hərbçilərinin qarşısında sıraya düzməkdir”, - Peskov bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm