Dünya bundan danışır: Bir ailədən 3 kişinin 600-dən çox uşağın atası olduğu aşkarlandı
Bizi izləyin

Dünya

Dünya bundan danışır: Bir ailədən 3 kişinin 600-dən çox uşağın atası olduğu aşkarlandı

Kanadanın Kvebek əyalətində eyni ailədən olan üç kişinin altı yüzdən çox uşağın atası olduğu müəyyən edilib.

Publika.az xəbər verir ki, bu barədə “CTV News” məlumat yayıb.

Kişilər Kanada Səhiyyə Təşkilatının nəzarəti olmadan onlayn sperma satıblar. Reklamlarına vurulan bir çox qadın hamilə qalmaq üçün onların xidmətlərindən istifadə edib. Kanadanın fransızdilli “Noovo Info” kanalı əvvəlcə yalnız iki donor tapıb. Lakin ilk araşdırmadan sonra onlarla o qədər çox ana əlaqə saxlayıb ki, axtarışları davam etdirmək qərarına gəliblər. Daha sonra kanal işçiləri üçüncü adamı aşkar ediblər. Onun əvvəllər tapılan donorların qohumu olduğu üzə çıxıb.

Donor xidmətlərindən istifadə etmiş qadınlar uşaqlarının çoxlu sayda ögey qardaş və bacılarının olmasından narahatdırlar. Onlar həmçinin iki donorda aşkar edilmiş nadir irsi qaraciyər xəstəliyini də ötürə bilərlər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm