Bilgi.az
İşgəncədən, ilandan, hündürlükdən... qorxmayan qadın
Bir çox insanlar zəhərli ilanla rastlaşdıqda və ya hündür qaya üzərində dayandıqda, qorxu hissi keçirir. Lakin ABŞ-da yaşayan qadın ölümcül vəziyyətlərdə belə qorxu hissi yaşamır. Bu, qadının cəsarətindən yox, sadəcə olaraq, nadir xəstəlik səbəbindən irəli gəlir.
Qadına tapança və bıçaq da tuşlanıb. Lakin bununla belə, o heç zaman qorxu hissi keçirərək polis çağırmayıb. O hətta bir dəfə əri tərəfindən vəhşicəsinə döyülüb. Qadın isə yenə də qorxu hissi yaşamadığı üçün bu halı adi qarşılayıb.
Qadın zəhərli ilan gördükdə nəinki qorxur, hətta onlara toxunmaq belə istəyir.
Adı açıqlanmayan 44 yaşlı, 3 uşaq anası olan qadına genetik Urbax-Vite xəstəliyi diaqnozu qoyulub. Xəstəlik nəticəsində insanların beynində yerləşən qorxuya reaksiya verən badamcıq fəaliyyətdən qalır. Bu zaman beynin bir hissəsi sanki bərkiyir.
Həkimlər artıq 30 ildir ki, qadın üzərində müayinə aparmaqla xəstəliyin sirrini tapmağa çalışır. Bu xəstəliyə düçar olan insanların 3 simptomu qeyd olunur: onların xırıltılı səsi, gözlərinin ətrafında yüngül şişlər peyda olur və beyinə kalsium yığılır.
Elə bu kalsium nəticəsində beyinin bir hissəsi bərkiyir. Badamcıq isə kalsium altında qalaraq daşlaşır. Buna baxmayaraq, qadın sevinc, qəzəb, kədər kimi hisslərdən məhrum deyil.
Bu qadın həyatında yalnız iki dəfə qorxu keçirib. Uşaqlıqda atası naqqa balığı tutanda qadın balığın onu dişləyəcəyindən qorxub. Beləcə o, uşaqlıqda yalnız bir dəfə qorxu hissi keçirib. İkinci dəfə isə 2013-cü ildə həkimlər onun üzərində müayinə apararkən boğulma hissinin necə olduğunu ona göstərmək üçün qadın karbon dioksid iyləməli olub. Bu, onun həyatında sonuncu qorxu hissi olub. Bütün bunlarla yanaşı, demək olar ki, qadın ona əzab verən xatirələrdən əziyyət çəkmir.
O hətta bir dəfə oğlu ilə yol gedərkən bir kişi bıçaqla onun yaxasından tutaraq ölümlə hədələyib. Qadın isə deyib: "Dayanma, bıçaqla məni. Mən isə sənin arxanca gəlib, bıçağı qarnına soxacağam".
Qarətçi qadının sözlərindən sonra onu buraxaraq hadisə yerindən uzaqlaşıb. Qadın isə heç polisə də müraciət etməyib.
"Həyatın təhlükədə olduqda, sən nəsə pis bir hadisənin baş verdiyini anlayırsan. Qadın isə həyatını təhlükədə görmür. Nəticədə, o, pis hadisələrdən məhrumdur",- Ayova Universitetinin Klinikasının həkimi deyib.
Yer üzündə yalnız 400 insan bu nadir xəstəlikdən əziyyət çəkir. Əgər alimlər "badamcığı" yenidən fəaliyyətə sala bilsə, xəstələrin sağalması üçün şans yarana bilər.
Nura
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi