Bilgi.az
Eynşteynin qəbrə apardığı sirr: Görünməz olmaq, qara dəliklər
1955-ci il aprelin 18-də məşhur nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteynin ürəyi dayanır. Publika.az-ın məlumatına görə, öz vəsiyyətinə görə onu gizlincə dəfn edirlər.
Lakin belə bir əfsanə mövcuddur ki, cənazə ilə bərabər ölümündən qabaq yandırdığı bəzi əlyazmalarının külü də basdırılır. O hesab edirdi ki, bu biliklər hələlik bəşəriyyətə ancaq ziyan gətirə bilər.
Bəs bu, hansı işlər idi?
Təəssüf ki, bu sualın cavabını dahi fizik əbədi olaraq özü ilə apardı. Məlumdur ki, Albert Eynşteyn nüvə silahının yaradılmasına qarşı mübarizə aparırdı. Onun bu mübarizəsi ömrünün son dövrlərində, Vahid sahə nəzəriyyəsinin yaradılması üzərində işləyərkən daha da aktivləşmişdi. Bu nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki, üç fundamental qüvvənin - elektromaqnit, qravitasiya və nüvə qüvvələrinin birgə təsirini yeganə vahid bir tənlik vasitəsilə ifadə etmək mümkün olsun. Ola bilsin ki, Eynşteyni öz zəhmətini məhv etməyə məcbur etmiş səbəb də elə bu sahədə edilmiş gözlənilməz bir kəşf olmuşdur. Lakin dahi fizikin bu kəşfinin içində gizlənmiş olan təhlükəni sezənə kimi Amerika hərbi dairələri artıq bu nəzəriyyənin bəzi tətbiqlərini həyata keçirməyə müyəssər olmuşdular.
Görünməz olmaq
Bu istiqamətdə aparılmış bir neçə eksperiment həqiqi mənada faciə ilə nəticələnmişdi. Müharibə dövrü olduğuna görə hərbi mütəxəssislər gəmi və təyyarələri düşmən tərəfin lokatorları üçün "görünməz" etmək sahəsində ciddi işlər aparırdılar. Belə bir ideya yaranmışdı: elə yüksək gərginlikli elektromaqnit sahəsi yaratmaq lazımdır ki, işıq şüaları barama kimi bükülüb obyekti həm insan gözü üçün, həm də cihazlar üçün görünməz etsin. Bu sahədə bəzi hesabatların aparılması ən güclü alim kimi Eynşteynə tapşırıldı.
Görünməz olan gəminin heyəti dəli oldu
Sonradan isə XX əsrin ən müəmmalı hadisələrinə çevrilən olaylar baş verməyə başladı. 1943-cü ildə Filadelfiyada "Eldric" hərbi gəmisi ilə əlaqədar anlaşılmaz hadisələr baş verdi. Mövcud versiyaya görə, "görünməzlik generatoru" quraşdırılmış gəmi sadəcə gözdən itməmişdi. O, sanki digər bir ölçüyə keçərək tamam yox olmuş və bir müddətdən sonra ağlını itirmiş heyəti ilə peyda olmuşdu. Lakin əsas məsələ gəminin itməsində yox, hərbi gəmi ilə aparılmış eksperimentin onun heyətinə göstərdiyi müəmmalı təsirindədir. Dənizçilər özlərini qəribə aparmağa başladılar: bəziləri "donaraq" vaxtın real axınından uzaqlaşır, digərləri sanki havada "əriyirdilər" ki, bir daha du dünyaya dönməsinlər...
Qara dəliklər
Bu gün artıq alimlər üçün aksiomdur ki, qravitasiya kollapsına (qravitasiya qüvvələrinin təsiri altında böyük cisimlərin sıxılması) qapanmış əyrilmiş fəza "Şvarstşild sferası" və yaxud "qara dəliklər" əmələ gətirir ki, burada tam bir kainat yerləşə bilər. Bizim zəmanədə paralel dünyalar ideyası artıq qəbul olunub. Bir çox alimlər isə iddia edirlər ki, ora kosmosa uçmadan da düşmək mümkündür. Oraya Yeri tərk etmədən, güclü energetik təsirlə fəzanı "deşərək" keçmək mümkündür.
"Kritterlərin" Yerə gəlməsi
Bəlkə də, Albert Eynşteyn özü ilə qəbirə elə bu sirri - digər ölçülərə keçidin reallığı sirrini aparmışdır? Hər halda bu versiya çox işi aydınlaşdırır. Misal üçün, italyan tədqiqatçısı Luçano Bakkonenin apardığı eksperimentin qeyri-adi nəticələri elə bununla izah oluna bilər. Xüsusi cihazlar vasitəsilə göydə gözlə görünməyən bəzi varlıqların şəklini çəkmiş Bakkone bu "kritterlər"i-həyatın xüsusi forması olan efir forması adlandıraraq onların bizim dünyaya paralel fəzadan düşdüyünü iddia edir. Nəzərə alsaq ki, hər nüvə partlayışı zamanı yüksək enerji ayrıldığına görə, digər dünyaya keçid mümkündürsə, onda aydın olur ki, "kritterlərin" Yerə gəlməsi üçün kifayət qədər imkan yaranıb. Yalnız 1955-ci ildən 1973-cü ilə kimi SSRİ, ABŞ və Böyük Britaniyada 960 nüvə sınaqları aparılıb.
Əlbəttə ki, bütün bunlar yalnız hipotezadır. ABŞ-da "Fenomen" komissiyasının ekspertləri tərəfindən bu mövzunun təhqiqatı aparılır. Artıq Eynşteynin nəzəri işlərinin real tətbiqini göstərən faktlar aşkar edilib. Bunlar yalnız digər fəzalara keçidlə məhdudlaşmayıb, həmçinin vaxt maşınının işləyən modelinin yaradılması istiqamətində də ciddi addımların atıldığını göstərir.
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi