Bilgi.az
Valentin günündə mərhum ərindən məktub aldı – FOTOLAR
ABŞ-ın Vayominq ştatından olan 52 yaşlı Şelli Qolay 14 fevral sevgililər günündə ərindən gül buketi və məktub alıb. Məktubda isə yazılıb: "Valentin günün mübarək olsun, əzizim. Güclü ol! Həmişə yaşa. Sevgilərlə, Cim".
İlk baxışdan burada heç bir qeyri-adilik olmasa da, iş ondadır ki, Şellinin əri keçən ilin iyun ayında beyin şişi xəstəliyindən dünyasını dəyişib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Şelli əri ilə 28 il ömür sürüb. Lakin keçən ilin fevralında 53 yaşlı Cim Qolayın beyində şiş aşkar edildikdən sonra o, gül-çiçək satıcısı ilə müqavilə imzalayıb. Müqaviləyə görə, Cimin həyat yoldaşı hər il sevgililər günündə qızılgül dəstəsi almalıdır.
Sevgililər günü Şelli Qolay mərhum ərinin adından gələn gül dəstəsi ilə bağlı müəmmanı öyrənmək üçün gülsatana müraciət edib. Şellinin əri ilə imzaladığı müqavilə də bu zaman ortaya çıxıb.
Şelli sevimli ərindən gələn gülləri hər zaman saxlamağa və onu hər zaman xatırlamağa vəd verib.
Nura
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR