Bilgi.az
Həbsxanadan qaçan kişi 37 il sonra tapıldı – FOTOLAR
Nyu-York polisi 37 il bundan qabaq həbsxanadan qaçan 64 yaşlı kişini həbs edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Uolter Miller iki dəfə bank qarət etdiyi üçün 1977-ci ildə Şimali Karolina həbsxanasına salınıb. Miller törətdiyi cinayətə görə 30 il azadlıqdan məhrum edilib. Həbsxanadan qaçdıqdan sonra isə o, Nyu-Yorkun Bruklin rayonunda saxta ad altında yaşayıb.
Qaçaq məhbus 1985-ci ildə ailə həyatı qurmağa da fürsət tapıb. Hazırda onun 4 övladı var.
Miller bir çox iş yeri dəyişib. Ən maraqlısı budur ki, o, vaxtlı-vaxtında kilsəyə də baş çəkib. Caninin sirrini isə yalnız bacısı bilib.
Miller öz evinin yaxınlığında həbs edilib: səhər tezdən evinin qarşısına polis və FTB əməkdaşları toplaşıb.
Yaxın günlərdə onu yenidən Şimali Karolina həbsxanasına göndərilməsi üçün məhkəmə prosesi keçiriləcək.
Bu dəfə həbsxanada neçə il qalacağı məlum deyil. Arvadı və uşaqları Millerin sirrindən xəbəri olmadıqlarından, onlara bəraət veriləcəyi gözlənilir.
İllər sonra qaçaq məhbusu necə tapmaları da məlum deyil. Miller özü köhnə tanışlarından kiminsə onu "satdığını" güman edir. Çünki polislər tərəfindən tutulanadək Miller Şimali Karolina ştatında dəfn olunmuş qohumlarının məzarına baş çəkib. Ola bilsin ki, kimsə onu tanıyıb və polisə xəbər edib.
Nura
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR