Rusiyanın məxfi qəbiristanlığında nələr yatır? - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Rusiyanın məxfi qəbiristanlığında nələr yatır? - FOTOLAR

Rusiya mətbuatı ölkə paytaxtı Moskva yaxınlığındakı vilayətlərdən birində yerləşən gizli avtomobil məzarlığının fotolarını paylaşıb.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, retro avtomobillərin qəbiristanlığında onlarla köhnə hərbi, mülki, minik avtomobilləri "dəfn olunub". Ruslar özləri də bu qəbiristanlığı "sirli avtomobil məzarlığı" adlandırırlar. Maraqlı olan budur ki, maşın qəbiristanlığı illərdir ictimaiyyət üçün qapalı saxlanılıb.

Avtomobillər arasında istehsal tarixləri və markaları müxtəlif olan cürbəcür maşınlar var. 1935-1943-cü illərdə istehsal olunmuş Amerikanın "Ford Model 40A Fordor Sedan" avtomobil markasının oxşarı olan "QAZ-M", 1958-ci ildən 1994-cü ilə qədər istehsal olunmuş "ZİL-157", İkinci Dünya müharibəsi illərində "General Motors" və "Ford"un Kanada filiallarının istehsal etdikləri və SSRİ-yə göndərilmiş 35000 "Chevrolet" yük avromobillərindən biri, əlavə kabinə quraşdırılmış "QAZ-51", habelə 1946-1975-ci illərdə istehsal edilmiş "QAZ-51" (Həmin avtomobil sonralar Çin, Şimali Koreya və Polşada da istehsal edildi), hərbçilər üçün nəzərdə tutulmuş "ZİL-131" avtomobilləri var. Yeri gəlmişkən qeyd edək ki, hərbçilər üçün istehsal olunmuş "ZİL-131" avtomobillərindən birinin hərbi ləvazimatları avtomobilin yük yerində indi də qalmaqdadır. Burada habelə xeyli sayda ehtiyat hissələri qalmaqdadır. Avtomobil məzarlığında bu günə qədər qalmaqda olan maşınların sırasına motosikllər, keçmiş SSRİ-nin ən prestijli avtomobili sayılan "QAZ-21 Volqa" "Moskviç 400-401", "QAZ-69" və digər maşınlar qalmaqdadır.

Anar Tağıyev


Oxumağa davam et
Reklam
Reklam

Gündəm