Bilgi.az
300 ildir bu şəhərə qeyri-müsəlmanlar buraxılmır - FOTOLAR
Xarar Efiopiyanın əsas şəhərlərindən, müsəlmanların məskunlaşdıqları yaşayış məskənlərindən biridir.
Publika.az xəbər verir ki, daş divarlarla əhatə olunmuş məscidlər şəhərində böyük bazarlar, müsəlman məktəbləri və tədris mərkəzləri mövcuddur.
Ötən əsrlərdə Xarar şəhərinə əsasən şərqi Afrika ölkələrindən və ərəb dünyasından ticarət karvanları üz tuturdular. XVI əsrdə salınan şəhər elə həmin vaxtlarda müstəqil mövcud olmuş Somali sultanlığına aid idi. İndi isə Efiopiyanın müsəlmanlar yaşayan ən böyük şəhəridir.
Son 400 ildə şəhərin qədim hissəsi Cuqol adlanıb. Həmin ərazi hündürlüyü 4 metr olan divarlarla əhatə olunub. Şəhərin hündür divarlarla hasarlanmasında məqsəd onu qonşuların hücumlarından qorumaq olub. 2006-cı ildə Cuqo 82 məscidi ilə birlikdə YUNESKO-nun mədəni abidələri siyahısına salınıb. Yeri gəlmişkən qeyd edək ki, qədim Xarar 300 il ərzində qeyri-müsəlmanların üzünə bağlı olub. Maraqlıdır ki, köhnə şəhərin sakinləri arasında illərdir dəyişməyən ənənə mövcuddur – onlar öz evlərini və onun divarlarını cürbəcür parlaq boyalarla rəngləyirlər. Burada evlər əsasən üç tipdə inşa edilib. Onlardan bəziləri ənənəvi ərəb şəhərlərinin arxitekturasına bənzəyirlər.
Ev kaftarları Xarar şəhərinin xüsusiyyətlərindən biridir. Belə ki, şəhərin bəzi sakinləri evlərində kaftarlar saxlayırlar. Bütün bunlar isə Xarar şəhərinə qonaq gələn turistlərin diqqətini cəlb edir.
Anar Tağıyev
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi