Meyiti tapılan rəislə bağlı YENİ FAKTLAR ÜZƏ ÇIXDI: 3 gün imiş ki...
Bizi izləyin

Kriminal

Meyiti tapılan rəislə bağlı YENİ FAKTLAR ÜZƏ ÇIXDI: 3 gün imiş ki...

Oktyabrın 21-də İmişli rayonun Şahverdilər kəndi yaxınlığında - çöllük sahədə meyiti tapılan şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, əslən rayonun Oruclu kəndindən olub Rəsullu kəndində yaşayan və meşə sahəsinin rəisi işləyən Aslanov Ağabala Əşrəf oğlunun itkin düşməsi ilə bağlı polisə müraciət daxil olubmuş. Bildirilir ki, A.Aslanovun evə qayıtmadığını görən ailə üzvləri oktyabrın 18-də onun itkin düşməsi ilə bağlı məlumat verib. Növbəti günlərdə ondan heç bir xəbər almaq mümkün olmayıb. Nəhayət oktyabrın 21-də səhər saatlarında əkin sahəsinə su açmaq üçün əraziyə gedən şəxs onun A.Aslanovun meyitini aşkar edib.

Məlum olub ki, o ürək çatışmazlığından sahədə vəfat edib və meyiti 3 gün ərzində ərazidə qalıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm