Bakıdakı güllələnmə ilə bağlı RƏSMİ MƏLUMAT
Bizi izləyin

Kriminal

Bakıdakı güllələnmə ilə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər rayonunda baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 17-də Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən pansionatın qarşısından orada yaşayan Sərvər Quliyev güllə xəsarəti, ögey qardaşı, əvvəllər məhkum olunmuş Anar Hüseynov isə alın nahiyəsinin əzilmiş xəsarətləri ilə xəstəxanaya gətirilib.

S.Quliyevin vəziyyəti orta-ağır, A.Hüseynova ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən qəsəbə sakini Qorxmaz Əliyev saxlanılıb, cinayəti törədərkən istifadə etdiyi, kustar üsulla hazırlanmış “Naqan” tipli tapança götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm