Azərbaycanda DƏHŞƏT - İki qadın amansızlıqla öldürüldü (YENİLƏNDİ)
Bizi izləyin

Kriminal

Azərbaycanda DƏHŞƏT - İki qadın amansızlıqla öldürüldü (YENİLƏNDİ)

Daxili İşlər Nazirliyi Abşeron rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 2-də Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Elçin Məmmədovun evinə gəlmiş qardaşı Rafiq münaqişə zəminində onun arvadı Əqidə Məmmədovanın baş nahiyəsinə küt alətlə xəsarət yetirib. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov saxlanılıb.

****

11:39

Ötən gün Cəlilabad rayonunda qətl törədilib.

Publika.az xəbər verir ki, rayonun Üçtəpə kəndində yaşayan 1987-ci il təvəllüdlü Cəfərova Arzu Rafət qızı özündən 5 yaş kiçik qardaşı Hikmət Sadıqov tərəfindən çoxsaylı bıçaq zərbələri ilə öldürülüb.

Bildirilir ki, hadisə bacı və qardaşının yaşadığı evdə baş verib. 27 yaşlı oğlan 32 yaşlı bacısını qısqanclıq zəminində öldürüb və artıq tutularaq istintaqa təhvil verilib.

Oxşar hadisə Abşeron rayonu Qobu qəsəbəsində də baş verib. Dünən axşam saatlarında qəsəbədə yaşayan 1973-cü il təvəllüdlü Məmmədova Əqidə Mirzə qızı evdə naməlum şəxs tərəfindən amansızlıqla öldürülüb. Hazırda qətlin kim tərəfindən törədilməsi araşdırılır.

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm