Yaxın Şərq
İsrail aviaşirkəti faciəvi təyyarə qəzasına görə Rusiya ilə bağlı QƏRAR VERDİ
İsrailin "El Al" aviaşirkəti "Azərbaycan Hava Yolları"na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması səbəbindən Təl-Əvivdən Moskvaya uçuşları müvəqqəti dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti "Kanal 9"a məlumat verib .
“Rusiya hava məkanında baş verən hadisələrlə əlaqədar olaraq, “El Al” aviaşirkəti gələn həftə Təl-Əviv-Moskva marşrutu üzrə bütün uçuşları dayandırır”, - bəyanatda deyilir.
Şirkətdən vurğulanıb ki, onlar vəziyyəti 7 gün ərzində yenidən qiymətləndirəcəklər, bundan sonra hava səfərlərinin bərpası ilə bağlı qərar qəbul edəcəklər.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 sərnişin ölüb, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, təyyarə qəzasında həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Hüseyn İbadlı
-
Dünya09:36ABŞ İrana qaçan agentin başına bu qədər mükafat təyin etdi
-
Maraq dünyası09:12Bu bürclərin 15-31 may tarixlərində pul sarıdan bəxtləri gətirəcək
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik


































.jpg)


