Kriminal
Bakıda “exchange” işçisinə hücum - 81 750 manat aparıldı
Bakının Nizami rayonunda valyutadəyişmə məntəqəsinin əməkdaşı soyğunçuların hücumunun qurbanı olub.
Bu barədə Nizami rayonunun daxili işlər orqanlarından məlumat
verilib.
Yanvarın 8-də saat 18:20-də Qara Qarayev prospektində 93 nömrəli
binanın yaxınlığında iki naməlum şəxs “exchange” işçisi olan 40
yaşlı Bakı şəhər sakini Mirzəyev Anar Əfsər oğluna hücum edib.
Hücum edənlər Mirzəyevin arxasında gizlənərək onun başına ağır küt
alətlə zərbə endiriblər. Qeyd edək ki, hadisə baş verərkən Mirzəyev
təzəcə işdən çıxıb evə doğru gedirmiş. Zərərçəkmiş zərbə
nəticəsində huşunu itirib. Cinayətkarlar Mirzəyevin əlindəki içində
pul olan sellofan torbanı götürərək qaçıb gizləniblər.
Zərərçəkmiş verdiyi ilkin ifadədə torbada 81 750 manat pul olduğunu deyib. Mirzəyev soyğunçuların sifətini görməyib. Ehtimal var ki, cinayətkarlar “exchange” işçisini izləyərək onun iş qrafiki və hərəkət marşrutunu qabaqcadan müəyyən ediblər. İstintaqın versiyasına görə, hücum edən şəxslər metal predmeti sellofan torbada gizlədiblər və Mirzəyevin başına onunla zərbə endiriblər.
Hazırda Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları şübhəlilərin şəxsiyyətinin müəyyən edilməsi və saxlanması istiqamətində iş aparırlar. Soyğun faktı ilə bağlı cinayət işi açılıb.( Sputnik)
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO