Bakıda “Peugeot” yol polisini vurub xəstəxanalıq etdi
Bizi izləyin

Kriminal

Bakıda “Peugeot” yol polisini vurub xəstəxanalıq etdi

Bakıda yol polisi əməkdaşı vəzifə başında olarkən xəsarət alıb.

Publika.az xəbər verir ki, dünən axşam saatlarında Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin inspektoru, 31 yaşlı F.M müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, yol polisi əməkdaşı Nərimanov rayon Təbriz küçəsi ərazisində xidmətdə olarkən nömrəsi hələlik dəqiqləşməmiş “Peugeot” markalı avtomobilin sürücüsü əmrə tabe olmayaraq onu vurub. Minik avtomobilinin sürücüsü ərazidən uzaqlaşıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam

Oxumağa davam et
Reklam
Reklam

Gündəm